Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadırov “ibtidai istintaqdan gizlənən şəxslər” siyahısındadır.

Eyni zamanda o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl Kadırov Limanda rus qoşunlarının məğlubiyyətindən sonra Ukraynaya qarşı “məhdud güclü nüvə silahlarından” istifadə etməyə çağırmışdı. Kadırovun sözlərinə görə, onun əsgərləri müharibə başa çatsa belə, Ukrayna ərazisini tərk etməyəcəklər.

«Məni axtarmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, mən artıq bir neçə dəfə Ukraynada olmuşam və orada mənim tutulmağıma çalışan olanı görməmişəm”, — deyə Kadırov bildirib.

Kadırov qeyd edib ki, UTX (SBU) onun yerini müəyyən etmək üçün heç bir real əməliyyat tədbiri görmür, çünki “elektrik enerjisi mütəmadi olaraq kəsilir, belə şəraitdə işləmək çox çətindir”, “hava reydləri sirenləri isə həmişə işlərinə müdaxilə edir”.

Kadırov UTX tərəfindən axtarışa verilən ilk rusiyalı siyasətçi deyil. Bundan əvvəl xüsusi xidmət Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə təqsirləndirilən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi və bir sıra digər üzvlərini axtarışa verib. Həmçinin Rusiya Təhlükəsizlik Şurası və Rusiya hərbi komandanlığının nümayəndələrini də axtarırlar.

Zəkəriyya Rəhimov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin müavini

Bu xəbəri paylaşın: