Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri şəhid leytenant Seymur Abbasovun ikinci ildönümü mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Şəhidin yaxınlarına başsağlığı verilib və ruhuna dualar oxunub.
Elə həmin gün AVMVİB Göygöl rayon şöbəsində müharibə veteranları ilə görüş keçirilib.

