AVMVİB Rəhbərliyi xəstəxanada qazimizə baş çəkib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan AVMVİB Nizami rayon şöbəsinin sədri, II dərəcəli müharibə əlili Rəcəb Baxşıyevə baş çəkib onun müalicəsiylə maraqlanmışlar.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov bildirib ki, hazırda Rəcəb Baxşiyev özünü yaxşı hiss eləyir və səhətində yaranmış xəstəliyin müalicəsi davam etdirilir. Burada müharibə iştirakçılarına göstərilən qayğının yüksək səviyyədə olması xəstələrin də ürəyincədir. Rəcəb Baxşiyev də müalicə həkimi Tibb üzrə fəlsəfə doktoru, Ali dərəcəli nevropotoloq Laləxanım Hüseynovaya, Xəstəxananın direktoru Musa Abbasova və Xəstəxananın Baş həkimi Hikmət Nağıyevə müharibə əlillərinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Eyni fikirləri müalicə alan Mingəçevir şəhərindən olan I dərəcəli müharibə əlili İlham Həmidov söyləyib.

Qayğıkeş həkimlərimizə, Mərkəzi Neftçilər Xəstəxanasının kollektivinə göstərdikləri diqqət və qayğıya görə müharibə veteranları adından təşəkkürümüzü bildirir, qazimiz Rəcəb Baxşiyevə tezliklə öz sağlamlığına qovuşmasını arzulayırıq. Dualarımız sizinlədir!

Elnur Səlim

Bu xəbəri paylaşın: