İran Zəngəzurda iqtisadi mövcudluğunu təsdiqləməyə can atır

İran Qafanda konsulluq açmaqla yanaşı, Zəngəzurda bütün sahələrə maraq göstərməyə başladı. Beləliklə, İran bu bölgədə iqtisadi mövcudluğunu da təmin etməyə başlayıb. Erməni mətbuatının verdiyi xəbərə görə, “QAFAN” bazarının sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlanıb, “QAFAN” təsərrüfat evi də icarəyə götürülüb.

Qafanda hamı bilir ki, ən yaxşı qonaq evinin sahibi Edik Barseqyandır. O, Gorusda doğulmuş və Zəngəzur mahalının qubernatoru olub. Məlumata görə onun da tikdirdiyi bir neçə yaşayış evləri İranlılara kirayə verilib. Bir sözlə, İran iş adamları Zəngəzur mahalında yavaş- yavaş gözəgəlimli bütün obyektlərlə maraqlanır və icarəyə götürməyi təklif edirlər.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: