Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 29-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlunun 19 noyabrda 53 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Müharibə veteranı ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Polkovnik Salman Nəriman oğlu Abdurəhmanov 19 noyabr 1969-cu ildə Qəbələ rayonunun Məmmədağalı kəndində anadan olub.
O, 1977-ci ildə Qəbələ rayonunun Məmmədağalı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə Bakı şəhəri 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbi ,1989 -cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Daşkənd şəhərində yerləşən Ali kurslarında gizirlər məktəbini, 1993-cü ildə Daxili İşlər Nazirliyinin Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Ali hərbi məktəbi , 1998 -ci ildə Müdafiyə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə ( ixtisas artırma) kursunu bitrib. Salman Abdurəhmanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanışlarında, konfranslarda və seminarlarda fəal iştirak etmişdir.O,hərbi təcürbə əldə etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Silahli Qüvvələrinin Ankara, İtanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbi məktəblərində olmuşdur.
Ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlu 1987 -2016-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Daşkənt və Səmərqənd şəhərində yerləşən hərbi hissələrində müddətli həqqi hərbi xidmətdə manqa komandiri vəzifəsində, SSRİ Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, qərargah rəisinin xidmət üzrə köməkçisi, qərargah rəisinin müavini, hərbi hissə komandirinin müavinini-qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə təşkilat- komplekləşdirmə şöbəsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Salman Nəriman oğlu Abdurəhmanov Daxili Qoşunların hərbi hisələrində və Baş İdarəsində müxtəlif rəhbər vəzifələrdə (hərbi hisə komandirinin müavinini-qərargah rəisi, hərbı hissə komandirinin əvəzi, şöbə rəisi vəzifələrində ) xidmət etdiyi illər ərzində bir çox komissiyaların, yekun təlim məqsədli və kompleks qrupun üzvü və rəhbəri olduğu müddətdə üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin, hərbi andın tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
Polkovnik Abdurəhmanov Salman Nəriman oğlu qorxmaz, səxavətli, əliaçıq, zəhmətkeş baş zabit olmuşdur. O , istər təhsil aldığı orta və ali təhsil müəsələrində, istərsə də qohum-əqraba, xidmət etdiyi və işlədiyi kollektiv, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından «Silahlı Qüvvələr Veteranı», «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci,və 3-cü dərəcəli, «Silahll Qüvvələrin yaranmasının » isə 70- illiyi, 10-illiyi,90 -illiyi və 95-illiyi yubleyi medalları ilə təltif edilib.
O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, Dövlətin ərazi bütövlüyünün təmin olunmasında, döyüş və xüsusi əməliyyatlar zamanı fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə «Hərbi xidmətlərə görə «medalı ilə təltif edilib.
Ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlunun həyat yoldaşı Nigar xanım da ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində kecirirərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Nigar xanım xidmətdə fəriqləndiyinə görə döş, və yubiley nişanları ilə və müvafiq medallar ilə təltif edilib. Oğlu Kapitan Rəhman Abdurəhmanov Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə «Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunması» və «Çəsur döyüşçü» medallari ilə, Azərbaycan Respublikasınin Prezidenti adından isə Müdafiə Nazirinin müvaiq əmrləri ilə «Silahlı Qüvvələrin yaranmasının», » 95 və 100-iliyi» yubley medaları ilə ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SALMAN BƏY!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev