ABŞ və Çin arasındakı anlaşılmazlıqların azalacağına və yenidən sağlam münasibətlərə qayıdacağına ümid edirik.
Bu sözləri Çin Prezidenti Si Szinpin ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşü zamanı deyib.
«ABŞ Prezidenti Co Bayden ilə Balidə görüşümüz strateji və konstruktiv xarakter daşıyıb. Bu, Çin-ABŞ münasibətlərinin növbəti mərhələsi üçün mühüm istiqamətləndirici amildir», — Szinpin bildirib.
Qeyd edək ki, ABŞ və Çin liderlərinin görüşü G20 sammiti çərçivəsində noyabrın 14-də baş tutub.
Mənbə: Axar.az
Bu xəbəri paylaşın: