Ömür yolu o,zaman ləyaqətli və şərəfli olur ki, O insan ağılına gəlməyən çətinliklərə düçar olsun, qarlı aşırmalardan,əlçatmaz, ünyetməz zirvələrdən aşsın, dərin dərələrdən,sıldırımlı qayalardan vüqarla və cəsarətlə keçsin.
Iinsan üçün ən yaddaqalan tarixlərdən biridə, onun doğum günüdür. Belə Insanlardan biri Daxili Daxili İşlər Nazirliyinin islah—‘əmək müəsələrində, Daxili işlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin Maliyyə- plan şöbələrində maliyyə xidməti sahəsində özünə məxsus yeri olan,zəngin təcrübəsi, peşəkarlığı, hümastliyi,dəqiqliyi, sadəliyi, səmimiyyəti,təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda kecirən Müharibə Veteranı istefada olan Polkovnik—leytenant Sultan Axundovdur.Onun noyabr ayının 19 da 65 yaşı tamam olur.
Daimi həyatın bütün sınaqlarından ləyaqətlə cıxan vətənsevər,xalqa şərəflə xidmət etmiş müharibə veteranları ıstefada olan pokonik leytenant Axundov Sultan Paşa oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı arzilayır. Arzu edirik ki, Sultan Axundovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək mənəvi və əxlaqı keyfiyyətləri ilə secilən Polkovnik leytenant Sultan Paşa oğlu Axundov 1957 -ci ilın noyabr ayının 19 – da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1974 — cü ildə Bakı şəhərində 56 nömrəli ümümü peşə liseliseyili tam orta məktəbi,1978 -ci ildə Kənd Təsərrüfatı İnustutnun Ekonomist fakultəsini bitirib. 1978-1979 cu illərdə Sovet Ordusunun Mingəçevir şəhərində yerləşən hərbi hissədə müddətli həqqi hərbi xidmətdə olub.
Vətənə, Xalqa şərəflə xidmət etmiş, sadə və təvazükar insan, zəngin mənəviyyat sahibi istefada olan Polkovnik—leytenant Sultan Axundov 1980- 1991 ci İllərdə Daxili işlər Nazirliyinin İslah-əmək müəssisələrində maliyyə xidmət rəisi, Maliyyə-plan
şöbəsində bölmə rəisi,1991- 2001ci illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Maliyyə-plan şöbəsində bölmə və şöbə rəisiləri vəzifələrində xidmət edib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə bir sıra özəl şirkətlərdə calışıb. 1991 cı ildə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Azərbaycan Respublikasının Daxili işlər Naziriliynin tərkibinə verilməməsi ilə əlaqədar təhvil — təslim komissiyasının üzvü olaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Sultan Axundov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Ümümü Qoşun Hərbi , Daxili Qoşunların Döyüş xidməti, Daxili işlər Nazirliyinin isə post-patrul xidməti nizamnamələrinin tələblərinin, eləcədə ona həvalə edilmiş vəzifə borclarının yerinə yetirilməsində polkovnik leytenant Sultan Axundov tabecliyində olan şəxslərə şəxsi nümunə olmuşdur.
Hərbi, polis və döyüşçü yoldaşları, Sultan Axundovu vətənpərvər, qorxmaz, əliacıq, səxavətli,insanpərvər zəhmətkeş zabit kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və çalışdığı mühitdə, isərsədə dost-tanış, qohum- əqrəba ,qonşu, ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailə arasında özünə layiq hörmət qazanmışdır
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, Şəhərdə və yaşayış məntəqələrində eləcədə, islah əmək müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,,dövlətin ərazi bütövlüyünin təmin olunmasında, fövqaladə vəziyyət zamanı hüqüq rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən məsuliyyət hissi ilə gəlməmişdir.
Polkovnik leytenant Sultan Axundov Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,onların müavinlərinin, Daxili Qoşunlar Komandanın,şöbə və idarə rəisinin müvafiq əmrləri bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
65 İLLİK YUBİLEYİN MÜBARƏK DƏYƏRLİ HƏMKARIM!
Bir il daha bitdi amma hec vaxtı kədərlənmə zaman tez keçir deyə, unutma ki, hər kəs eyni şeyi yaşayır.Bu yaşının sonunda arxaya baxdıqda ümüd edirəm, möhtəşəm bir ildi deyərsən. Bütün arzularının gerçəkləşməsi diləyi ilə. Necə belə illəillərə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev