GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları Güney Azərbaycanın Qəzvin şəhərində dinc etiraz aksiyalarında qətlə yetirdikləri Cavad Heydərinin qardaşını həbs ediblər.
Cavad Heydərinin bacısı Fatimə Heydəri öz “Twitter” hesabında bununla bağlı məlumat yayaraq, qardaşının onun işi ilə əlaqədar məhkəməyə getdiyi zaman həbs olunduğunu açıqlayıb.
Fatimə Heydəri öz tvitində yazıb ki, anası da Məhəmmədin durumundan xəbərdar olmaq üçün məhkəməyə gedib, lakin onu da zorla məhkəmədən çıxarıblar”.
Fatimə Heydəri Məhəmmədin vəkilinin də məhkəməyə buraxılmadığını yazıb.
Qeyd edək ki, irqçi fars-molla rejiminin məmurları dinc etiraz aksiyaların Cavad Heydərini arxadan güllələyib öldürüblər.