Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında tibb xidməti sahəsində öz dəsti-xətti olan, yüksək peşəkarlığı humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ən məhsuldar dövrünün 36- ildən cox şərəfli xidmət yolunun altı ilini Biləsuvar rayon xəstəxanasında və Bakı şəhər 5 saylı poliklinikasında həkim kimi, otuz ilini isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin hərbi hissələrində (hərbi hospitalında) müxtəlif vəzifələrdə keçirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Ali dərəcəli həkim, ehtiyatda olan polkovnik- leytenant Həsənov Adil Dənizxan oğlunun 30 noyabrda 61 yaşı tamam olur.
Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ cıxan istefada olan tibb xidməti Polkovnik—leytenantı Adıl Həsənovu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Adil həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!
Ali dərəcəli Adil həkim 30 noyabr 1961-ci ildə Biləsvar rayonunun Bağbanlar kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1978-ci ildə orta təhsilini Bakı şəhərində kimya-biologiya təmayüllü məktəbi, 1986-ci ildə Azərbaycan Dövlət Tibb İnsititunu bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda kurslarda, seminarlarda və konfuraslarda fəal iştirak etmişdir.
Təcürbəli və zəhmətkeş Adil həkim 1986-1992-ci ilərdə, Biləsvar rayon Təcili yardım Xəstəxanasında və Bakı şəhər 14 saylı poliklinikada həkim vəzifəsində işləyib.
1993- 2016-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinin Xəzər, Qaradağ və Nərimanov rayonunlarında yerləşən hərbi hissədə tibb xidmət rəisi və infeksion şöbənin ilk rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib, 2016- 2020 ci illərdə isə Daxili Qoşunların hərbi hospitalnda mülki həkim kimi işləyib.
Adil həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ön mövqedə döyüş əməliyyatları zamanı ağır yaralara ilkin yardım göstərilməsi məqsədilə 1993-cü il noyabrın 13-də Füzuli bölgəsində fəaliyyətə başlayan hərbi səhra lazaretinin rəisi təyin edilib. Lazaretin fəaliyyətə başladığı ilk gündən həkim həmkarlarları kimi o,da yaralılara ilk tibbi yardım göstərmişdir. Daxili Qoşunların Bas İdarəsinin ilk Tibb şöbəsinin rəisi məhrum polkovnik Siyavuş Rüstəmovun rəhbərliyi altında atəşkəs dövrünə qədər həmin vəzifəni uğurla, məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Müharibənin fasadlarının aradan qaldırılmasında, malyariya, difteriya kimi «arxivlərdə qalan» yolxucu xəstəliklərin tuğyan etdiyi bir vaxtda özünü itirmədən ləyaqətlə calışmış, ona olan etimadı şərəflə doğrultmuşdur. Lazaretə və Daxili Qoşunların hərbi hospitalına müraciət edən xəstə və yaralıların qısa müddətdə müalicə olunub sıraya qaytarılmasında Adil həkimin əməyi danılmazdır.O,bəzən elə vaxtlar olub ki, ön mövqedə yaralı döyüşçüləri təhlükəli zonadan uzaqlandırıb, güllə yağışı altında onlara ilkin tibbi yardım göstərərək, yenidən həyata qaytarılmasında əsl fədəkarlıq göstərmişdir.
Adil həkim elə vaxtlar olub ki, döyüş bölgələrində, gün ərzində 300-dən çox yaralının həyatını xilas etməkdə həkim həmkarlarına yaxından köməklik göstərmişdir.Ən ağır məqamlarda döyüşçülərə mənəvi dayaq olub, yaralarına məlhəm qoyub sarımışdır. Yaralıların döyüş meydanından çıxarılması, ilkin tibbi yardım göstərilməsi, müalicə işinin təşkilində və hərbi hospitala təxliyyə edilməsində öz vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Adil həkim 44 günluk Vətən Müharibəsində Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında müalicə olan yaralı hərbi qulluqçulara tibbi yardımın göstərilməsində və onların sağlam həyata qaytarılmasında xüsusi xidmətləri olmuşdur. Sevimli peşəsini vurğunu olub onun öhdəsindən həmişə ləyaqətlə gələn Adil həkimin Vətən qarşısında bu xidmətləri əsl hörmətə layiqdır
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Cəfakeş Adil həkim döyüş bölgəlsində və Daxili Qoşunların hərbi hospitalında və hərbi hissələrində şəxsi heyətin sağlamlığının tam təmənatçısı olmuş, hərbi rütbəli bütün hərbi qulluqçuların yolxucu xəstəliklərə yoluxmasının qarşısını vaxtında, profilaktik tədbirlər keçirərək, keyfiyyətilə ala bilmişdir. Bu cür tədbirlər xəstəliklərin baş verməsi üçün hər gün hərbi qulluqçuların şəxsi gigiyena qaydalarına və sanitar normalarına riayət etməsinə, ərzaq, yeməkxana və suyun təmizliyinə nəzatəti ilə yüksək nəticələr əldə etmişdir.

Ali dərəcəli Adil həkim Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat andı içən Adil həkim həmişə həmin anda sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Adil Dənizxan oğlu Həsənov qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir.O,harda işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, yaşadığı ərazidə, qohum- əqraba arasında,istərsə də işlədiyi və xidmət etdiyi kollektivdə, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Tibb Xidməti polkovnik leytenantı Adıl Həsənov cox dəyərli bir həkimdir (insandır). Bu gün ki, gündə Adil həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkimlərdən (insanlardan) biridir. O,bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.

Adil həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə baxmayaraq ,öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur,buna görə də hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədikidir ki, Adil Dənizxan oğlu Həsənov həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını qorumuş, nüfuzunu qorumuş,vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Adil Həsənov Daxili Qoşunların Hərbi hospitalında xidmət etdiyi illər ərzində infeksion xəstəliklərə qarşı dörd kitabın və bir metodiki- vəsaitlərin müəllifidir.
O, xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin ,Daxili Qoşunların Komandanın və onun müavinlərinin, hərbi hissə komandirin və hospital rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Adil Dənizxan oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ » medalı ilə təltif edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ADİL HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev



