İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, təvazökarlığı, işgüzarlığı və səmimiyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədri Məmmədov Elmar Yaşa oğludur. Noyabr ayının 30 – da onun doğum günüdür.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı Məmmədov Elmar Yaşa oğlunu, doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik ki, Elmar Məmmədovun yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək vətənpərvərliyi secilən Müharibə Veteranı Elmar Məmmədov 1974- cü ilin noyabr ayının 30 – da Goronboy rayonunun Dəliməmmədli kəndində zəhmətkeş ailədə anadan olub. 199-cu ildə Goronboy rayonunun Dəliməmmədli kənd orta məktəbi bitrib.
İctimai işlərdə fədakarlıq göstərən,dostlara, yaxınlarına isti münasibətdə olan Elmar Məmmədov 1992- 1994 cü 7 illərdə Azərbaycan OrdusunAğdərə və Tərtər rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə əsgər vəzifəsində Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir .
Hec kəsi özndən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq münasibəti yaradan Elmar Məmmədov 2016 cı ildən etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədridir.
1990- 1994 — cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə Ağdam və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

O, Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində,Hərbi Andın,Hərbi nizamnamələrin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İş və döyüşcü yoldaşları Elmar Məmmədovun vətənpərvər, qorxmaz, saxavətli, əliacıq və zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı orta təhsil məktəbdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba arasında özünə layiq ğ hörmət qazanıb.
44 günlük Vətən müharibəsində Elmar Məmmədov hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə döş nişanları, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
— «Böyük Zəfər » medalı ilə;
— “ Siahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100 illiyi yubiley medalı ilə;
-“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının’ (1994- 2019) 25 illiyi yubiley medalı ilə;
-“ Müharibə Veteranı” medalı ilə ;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN , Elmar BƏY.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azerbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev



