«Azərbaycan Cümhuriyyətinin ağlayan gözü»

1920-ci ilin Aprelin 27-də Cümhuriyyətin son parlament iclası. İclasdan öncə “əgər parlament hökuməti bolşeviklərə verməsə” dənizdə tam silahlı rus gəmiləri başda Çingiz İldırım olmaqla Bakını bombalayacağını parlament üzvlərinə və Rəsulzadəyə xəbərdarlıq edir.Çingiz İldırım Rəsulzadəyə xəbər göndərir ki, bolşeviklər təslim olmağınızı tələb edir, qanla da olsa hakmiyyəti alacağını qəti surətdə bilidirir. Parlamentdə tribunaya qalxan M.Ə.Rəsulzadə son sözünü — hakimiyyəti bolşeviklərə vermək qərarını açıqlayır. Bu qərar çıxanda zaldakı sükutu hönkürtü ilə ağlayan bir səs pozur. Hər kəs səs gələn tərəfə çönür. Ağlayan Şəfi bəy Rüstəmbəyli idi. O, gənc dövlətin süqutundan sarsılıb çarəni ağlamaqda görür. Ayağa qalxan Şəfi bəy göz yaşları içində Rəsulzadəyə üzünü tuturaq » Biz Sizə inanmışdıq, biz ideallarımız uğrunda mübarizə aparmışıq. Qoruyaq gənc dövlətimizi»..deyərək yalvarır. Rəsulzadə ona cavab vermir. Göz yaşları içində Şəfi bəy parlamenti tərk edir. 

1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində dünyaya gəlmiş, orta təhsilini Gəncə klassik gimnaziyasında almışdır. 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur/ Azərbaycan Cümhuriyyəti qurulanda İstiqlal bəyannaməsi yazılmasında, gənc dövlətin hüquq sisteminin qurulmasında yaxından iştirak edən Şəfi bəy 1919-cu ildə ilk milli mətbuat haqqında qanunun müəllifi olub. 

O, “Azərbaycan” qəzetinin rus bölməsinin redaktoru olmaqla yanaşı, AXC-nin Daxili Işlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir. 

1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalından sonra o, Tiflisə köçməyə qərar verir. Lakin digər cümhuriyyət liderləri kimi onun da Azərbaycanda qalan doğmaları təqib olunur. Şəfi bəyin atası Mustafa bəy və qardaşı Hacı bəy amansızcasına qətlə yetirilirlər. Ölüm məqamında Mustafa bəy özünün oğlundan əvvəl güllələnməsini xahiş edir. Bolşeviklər buna da məhəl qoymur, Hacı bəyi atasının gözləri qarşısında vəhşicəsinə öldürürlər.

1943-cü ildə Berlində keçirilmiş “Milli Birlik Məclisi”nin Ümumazərbaycan qurultayında rəyasət heyətinin fəxri üzvü seçilmişdir. Burada Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski ilə birgə Almaniyanın Azərbaycanın müstəqilliyinin tanınmasına nail olur. Legionerlər arasında böyük nüfuzu olan Şəfi bəy Azərbaycan Cümhuriyyətinin yenidən bərpa olunmasına inanırdı.

Ş.Rüstəmbəyli 1960-cı ildə Türkiyədə dünyasını dəyişib.     

Zaur Əliyev

Bu xəbəri paylaşın: