Ədəboğlu Xəqaninin vəfatı onu tanıyan hər kəsi sarsıtdı,üzüntiyə və kədərə qərq etdi.Xaqani Rzaquliyev bənzərsiz peşə duyumlu,professional keyfiyyətləri ilə tanımışdırsa,incə yumor tərzi, qayğıkeşliyi,dostcanlığı ilə də hörmət qazanmışdır.Bir peşəkar ilk döyüşcü jurnalist və Azəbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyin mətubat xidmətinin rəhbəri kimi,üzərinə düşən vəzifələrin öhtəsindən layıqınca gəlirdi.
Aərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətubat Ximətinin rəhbəri 2- ci qurup müharibə əlili Ədəboğlu Xəqani Rzaquliyev əsl sağlam jurnalist,həm tarixci, ən başlıcası insanpərvər insa idi.
Xaqani müəlim yüksək mənəvi keyfiyyətləri ilə secilən vətənpərvər,əsli ziyalı , mərd ,həyatda qarşladığı bütün cətinlikləri dəf edən və bütöv xatirələrə malik insan idi.O,xatirələrdə türkçülüyü, ilk növbədə, böyük bir cəsarət nümunəsi və əsl jurnalist kimi onu tanyanların qəlbində qalacaq.
Xaqani Rzaquliyev Azərbaycanın həqiqətlərini dünya ictimayyətinə daha da geniş şəkildə catdıran azad ruhlu, zəhmetkeş jurnalist idi.
Ədəboğlu Xəqani harada hansı ədalətsizlik , qanunsuzluq,cəmiyyəti narahat edən, incidən məsələlər varsa, dərhal operativ reaksiya verərək, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələrə cəlb edərdi. Onun Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətubat Xidmətinin rəhbəri və bir döyşcu jurnalist kimi Azərbaycan Mətubatında yerini hec kəs verə bilməz.
Xeyirxah insan Ədəboğlu Xəqani Rzaquliyev bir jurnalist və Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyin Mətubat Xidmətinin rəhbəri kimi əksər işlərini gecələr görərək , yazdığı bütün maraqlı məqalələri vaxtında mətubatda oxucularlara çatdırırdı. Onun bir dəqiqə də olsun boş vaxtı yox idi.
İlk qaynağından türk oğlu türk olan və xalqının vətən əxlaqı, vahid dövlətçilik şüuru uğrunda, bir mübariz idi Xaqani Ədəboğlu.
Əslimi, nəslimi tanıyıram mən
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən özün bilərsən
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Bəxtiyar Vahabzadə
Mən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Masalı rayon şöbə sədrinin təşkilatı işlər üzrə müavini təyin olunduğum gündən,hər gün onla əlaqə saxlayırdım, o mənə həmişə müharibə veteranları və şəhid ailələri işləmək və hər zaman onların yanında olmaq ücün, coxlu tövsiyə və məsləhətlərini verirdi.Bu gün də onun məsləhətinə cox ehtiyacım var
Xəqani müəllimin vətənpərvərliyi ,insanlara səmimi münasibəti ,düşmənə sonsuz nifrəti hec vaxt unudulmayacaq .Allah bu qayğıkeş şəxsin doğmalarına, yaxınlarına səbr versin Tanrı Ədəboğlu Xəqani Rzaquliyevə rəhmət eləsin, məkanı cənnət olsun.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Masalı rayon şöbə sədirinin təşkilatı məsələr üzrə müavini Samir Əkbərov