TƏBİB-in Koordinasiya şöbəsinin əməkdaşı, həkim-cərrah İmran Qurbanov Vətən müharibəsinin ağxalatlı qəhrəmanlarındandır. O, Bərdə və Naftalandakı tibb müəssisələrində yaralı əsgərlərimizə xidmət göstərən həkimlərimzlərdəndir.
Şərəfli və ağır döyüş yolu keçmiş, hərbi həkim kimi müxtəlif cəbhələrdə onlarla əsgər və zabitimizin həyatını xilas etmiş İmran Qurbanov Azərbaycan Vətən Müharibəsi Veteranı İctimai Birliyinin (AVMVİB) üzvüdür.
44 günlük Vətən müharibəsi günlərində də gendə durmayıb Naftalan şəhərində yaralılara ilk yardımın təşkilində misilsiz xidmətlər göstərmiş və illərcə cəbhədə qazandığı təcrübəni həkimlərimizlə paylaşmış tibb xidməti kapitanı İmran Qurbanov yaşananları belə xatırlayır.