ŞƏRƏFLƏ YAŞANAN    ÖMÜR YOLU:  LƏTİF MUSAYEV- 56

Hər kəs həyatda ötən ömur  paynı  yaşayır.Xoşbəx o  insandır ki,  adı  ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el  sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır.                                                 

           Həmin  insanların ömrürlərindən  coixlarının ömürünə işiq düşür.Birdə  ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o  mənalı yaşanır. Həmin ömür   insanlarıda   xidmətə yönəldilir,  bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir.     .Belə ömür yaşayan insanlardan     biridə ,  Daxili İşlər  Nazirliyin Daxili Qoşunlarında öz – dəsti xətti olan, dərin zəkası ,gözəl nitq qabiliyyəti , peşəkarlığı, humanistliyi, sadəliyi,səmiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi ilə secilən  Müharibə Veteranı    Müsayev Lətif Qara oğludur.Dekabr ayının  6 — də onun  56 yaşı tamam olur.  

     Daimi həyatın bütün çətinliklərindən  alınıacıq və üzüağ  cıxan  Müharibə Veteranı   Musayev Lətif   Qara  oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən  təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,  Lətifin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin .

 Bu  gün əsli  vətəndaşlıq  mövqeyi ilə secilən,  Müharibə  veteranı  Мusayev Lətif  Qara  oğlu  1966- cı ilin deкabr ayının   6  -da Tovuz   rayonun  Qəribili  kəndində  zəhmətkeş ailədə dünyaya  göz acıb. 1983-ci   ildə, Tovuz rayonunun Qəribili    kənd   orta məktəbini,  1993 – cü   ildə Azərbaycan   İnşaat-  Mühəndislər institutunu bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən, bir cox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, .nümnəvi- göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

   İşgüzar,  çalışqan  , işinə  qətiyyətli, mübariz   keyfiyyətli   olan ,  Lətif   1984 1986-ci illərdə SSRİ  Daxili  İşlər  Nazirliyinin Daxili Qoşunlarının  Komsomolsk-on- Amur          və  Xabarovsk diyarında yerləşən  hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətdə olub. 1992- 1998  ci-  illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Xəzər    rayonunda  yerləşən əlahiddə  tədris  taborunda qərargah   rəisinin    kadırlar  və  şəxsi  heyətin  qeydiyyatı  üzrə baş köməkçisi ,  Daxili Qoşunların Bas İdarəsinin  məxfi   söbə rəisin müavini , DQBİ-nin məxfi   kərküzarlıq bölmə rəsinin    müavini vəzifələrində   Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib.

     Hər    kəsi özündən incitməyən ,xoş  rəftarı və şirin dili   ilə hər bir kəslə  doğmalıq, yoldaşlıq münasibətləri   yaradan Lətif  Qara oğlu  Musayev    Daxili işlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra  Özəl  müəsisələrdə işləyir.

            O,DUN- in  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində , özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi   göstərmişdir.  Lətif orta və ali təhsil müəssisələrində   təhsil aldığı illərdə, istərsədə   xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə  dost- tanış, qohum- əqraba, qonşu arasında   daımı öünə layiq hörmət qazanmışdır.

  Yorulmaz, xeyirxax, təşkilatcı və qayğıkeş insan Lətif  Musayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində )gedən döyüşlərdə  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir

    İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi , işlədiyi  iş  və döyüşcu yoldaşlarına  isti münasibəti  olan  Musayev Lətif Qara oğlu Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir  cox hərbi qulluqçular ücün nümnə olmuşdur.

             Harada hansı vəzifədə çalışmasından   asılı  olmayaraq ,  kolektivin daimi rəğbətini qazanmış Lətif  Qara oğlu  Daxili Qoşunlarda xidmət etdiyi   iiər ərzində , Cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində,  şəhərdə,yaşayış məntəqələrində baş  vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin   nəticələrinin qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə    gəlmişdir.

    Nəcib  davranışa və yüksək mədəniyyətə    malik olan    Musayev Lətuf Qara  oğlu  Hərbi  xidməti vəzifələrinin  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər  Nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin,  və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən əla xidmətlərə görə döş və yubiley nişanları ilə  təltif olunub,   fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və  ona təşəkkür elan  edlib.

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN   LƏTİF   BƏY !

                                                            100  YAŞA, SAĞLAM YAŞA!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  sədrinin hüquqi məsələlər üzrə müavini  polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: