Elnur SƏLİM
Onu tanıyanlar daha yaxşı bilir — qələmi də sözü və döyüşdüyü Qarabağ qışının sərt iqlimi kimi kəskin idi. Hər dəfə bu ər insanı görəndə M.S.Ordubadinin “Qılınc və Qələm”ini xatırlayırdım. Lakin orada Azərbycan üçün iki nəfər fədakar obrazdan söhbət gedirsə, tanıdığım bu insanda həmin xüsusiyyətlər vəhdət təşkil edirdi. Məhz buna görə o hər zaman gözümdə Azərbaycan uğrunda qılınc və qələmini eyni kəskinliklə işlədən fədakar cəngavər obrazı ilə assosasiya olunur. Bu insan Xaqani Ədəboğludur…
Azərbaycanın bağrına basılan xəncər yarasından açılan al qanı təkcə qələmi ilə durdura bilməyəcəyini düşünən Xaqani Ədəboğlu qələmini silahla əvəz edərək Birinci Qarabağ Savaşında cəbhəy yolanan ilk döyüşçü jurnalist idi. Cəbhədə yaralanaraq fizki saglamlığını itirən Xaqani Ədəboğlu əldəki silahı yenə qələmlə əvəz edir.
Veteran jurnalist artıq 30 ilə yaxın bir müddətdə erməni cinayətlərini və Azərbaycanın başına gətirilən müsibətlər barədə sözün həqiqi mənasında bir tarix yazaraq yorulmadan erməni vəhşiliklərini olduğu kimi dünyaya çatdırılması yolunda əzmlə çalışdı.
. Biz — Fedai.az və veteran .az saytlarının kollektivi ustdadımız, Xaqani Ədəboğluna, Uca Tanrıdan rəhmət diləyirik..
MƏKANIN CƏNNƏT OLSUN, USTAD!