ŞƏRƏFLƏ  YAŞANAN ÖMÜR : TOFIK CƏFƏROV — 59

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi  qeyd olunur. Belə insanlardan  biridə peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, təvazökarlığı, işgüzarlığı  və  səmimiyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Gəncə  şəhər   Nizamı   fualnın şöbə sədri  istefada  olan  baş  leytenant    Cəfərov  Tofik  Zaman  oğludur. Dekabr ayının  10 – da onun doğum günüdür.

Daimi həyatın bütün snaqlarından   alnıacıq və üzüağ cıxan   1 – ci  qurup  Müharibə   Əlilli    Cəfərov Tofiq Zaman   oğlunu,   doğum günü münasibətilə   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

       Arzu edirik ki,  Tofik  Cəfərovun   yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Yüksək vətənpərvərliyi seçilən  1 – ci   qurup  Müharibə  Əlilli Cəfərov Tofik  Zaman оğlu       1963  —   cü ilin  dekabr ayının 10– da  Daşkəsən  rayonunun  Dardərə  kəndində zəhmətkeş ailədə anadan olub.  О,  1981 -ci  ildə  Daşkəsən rayonunda  orta məktəbi , 1986  — cı  ildə  isə  Ukrayna Respubikasının  Dnepetrovski şəhərində  Dağ  mədənləri  saneyi  institutunu   bitrib.  1986- 1991 – ci  ilərdə 

   şəhərində Dağ      mədənləri  saneyesində  Gəncə şəhərində  isə   Almünum zavodunda  master  vəzifələrində işləyib.

    İctimai işlərdə fədakarlıq göstərən,dostlara, yaxınlarına isti münasibətdə olan   Tofik  Cəfərov 1992- 1994 cü   illərdə  Azərbaycan Ordusun  Ağdam,  Ağcabədi, Beylaqan və Fizuli  ayonlarında yerləşən hərbi hissələrində   tank taqımın  və   tank  bölüyün   komandiri vəzifələrində  Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir .

        Hec kəsi özndən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq münasibəti yaradan   Tofik Cəfərov   Hal -hazırda, Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin  Gəncə şəhər Nizami fialının şöbə sədri  vəzifəsini yerinə  yetirir.

  Tofik Cəfərov  1992- 1994  cü  illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam,   Beylaqan, və  Füzuli  rayonları istiqamətində)     gedən döyüşlərdə  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək  ağır yaralanmışdır.

        O, Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy  rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi  illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində,Hərbi Andın,Hərbi nizamnamələrin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

İş və döyüşcü yoldaşları   Tofiki,    vətənpərvər, qorxmaz, saxavətli,  əliacıq  və  zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı orta təhsil məktəbdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba  arasında özünə layiq  hörmət  qazanıb.         Xidməti və ictimai  vəzifələrin  yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan  Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri  ilə  döş nişanları, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona   təşəkkür elan edilib  və aşağıdakı medalarla təltif edilib:

— «Böyük Zəfər » medalı ilə;

— “ Siahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100  illiyi yubiley medalı ilə;

-“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının’ (1994- 2019) 25 illiyi  yubiley medalı ilə;

-“ Müharibə Veteranı” medalı  ilə ;

    DOĞUM GÜNÜN MÜBARƏK OLSUN   TOFİK BƏY.

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azerbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini   polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: