Azərbaycan Beynəlxalq Münasibətlər  Kontekstində

Türkiyə — Azərbaycan Qardaşlarının Humanizm  Strategiyası

Ön söz

      Dünya dövlətlərinin siyas və diplomatiya tarixinə nəzər etdikdə müxtəlif ölkələr arasında çoxsaylı müqavilə, qardaşlıq, dostluq, müttəfiqlik adı altında razılaşmalar rəsmiləşdirilib. Bunların əksəriyyəti siyasi-hərbi-iqtisadi maraqlara xidmətə edən məqsədyönlü taktiki və strateji addımlardan ibarət olmuşdur. Lakin az qisimdə olan dövlətlər də vardır ki,onların xarici siyasətdə atdığı addımlar eyni maraqlara söykənmişdir. Bunun ən bariz nümunəsi Böyük Britaniya və ABŞ-dır. Çünki ABŞ ikinci İngiltərədir. Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikası arasında olan münasibətlərin kökündə sadəcə qardaşlıq,həmrəylik və ümumi birmənalı maraqlar durur. Bağlanan müqavilələrdə əsla hər hansısa tərəf öz mənafeyinə daha çox xeyir gətirəcək deyə strateji və taktiki maraq güdmür. Türk millətinin yetişdirdiyi dahilərin fikirləri bunu bir daha açıq və kəsin olaraq nümayişkaranə olaraq bildirməkdədir:»Azərbaycanın sevinci bizim sevincimiz,kederi bizim kederimizdir» M.K.ATATÜRK. «Biz bir millət,iki dölətik «Umummilli lider H.Əliyev. «Qardaş qardaşa borc verməz,əl tutar» N.NƏRİMANOV.

    “Böyük dahi liderlerin söylediği bu fikirler, hem Türkiye’de, hem de Azerbaycan’da iki ülke arasındaki ilişkilerin tarihini, bugününü ve perspektiflerini özünde net ifade eden en mükemmel formül olarak kabul edilmektedir.Ortak tarihe ve geçmişe sahib iki kardeş devlet olan Azerbaycan ve Türkiye ilişkileri her zaman dostane olmuşdur. Bu ilişkiler eski zamanlardan beri devam etmiş,  siyasi bakımdan Azerbaycan bağımsızlığını ilan etdikden sonra daha da güçlenmişdir. Her iki devlet bir-birlerine daima destek göstererek bir-birleri ile müttefik olduklarını göstermekden çekinmiyorlar.Azerbaycan-Türkiye ilişkilerinin bu denli güçlü olmasında aynı bir millet olmaları ilə beraber stratejik bakımdan bir birlerine destek göstere bilecek devletler olmalarının da büyük payı var.  Stratejik bakımdan çok önemli  olan Azerbaycan, Türkiyenin hem Kafkaslarda, hem de diğer türk devletleri ile ilişkilerini korumasında ve bu konuda izleyeceği yol bakımından en büyük destekçisidir” Mevlüt Çavuşoğlu “Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir” İlham Əliyev.

                                                         Mövzu

  Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.

Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib.

Cənab İlham Əliyevin son 18 ildə uğurlu siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Dövlətimizin xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib.

     Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı münasibətlərin olduğu halda mümkündür.

Qonşu ölkələrlə münasibətlərə gəlincə isə, demək olar ki, Ermənistandan başqa Azərbaycanın Rusiya, İran və Gürcüstanla münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu ölkələrlə imzalanan strateji tərəfdaşlıq sazişləri müxtəlif istiqamətlər üzrə əlaqələri daha da genişləndirib.

Azərbaycan qonşu ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya və Gürcüstanla ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir.

Bu bir həqiqətdir ki, cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə  respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.  Ölkə liderinin yürütdüyü daxili siyasət nəticəsində xalq-ordu-hakimiyyət birliyi əldə edildi ki,bununda sayəsində 6ilə itirdiyimiz torpaqları çox qısa müddətə azad etdik.

  Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirmiş oldu. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan cənab İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

Əlbəttə ki, əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Qonşu ölkələrlə uğurlu tərəfdaşlıq ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Vətən müharibəsindən sonra isə regionda yeni əməkdaşlıq platformasının yaradılması təklifinin də reallaşmaq üzrə olması onu deməyə əsas verir ki, tezliklə yaranacaq “3+3” formatı Cənubi Qafqazda sabitliyin əsas təminatçısı olacaq.

Real vəziyyətin təhlili göstərir ki, “3+3” formatına maraq artır, xüsusən də Rusiya və İran bu çərçivədə əməkdaşlıq münasibətlərinin qurulmasının sürətlənməsini istəyir. Rusiya tərəfindən böyük dəstək alan formatı Tehran da birmənalı olaraq qəbul edir.  Lakin bir məsələni nəzərdən qaçırmaq olmaz ki,rəsmi Tehranın atdığı müəyyən addımlar var ki,o nə beynəlxalq hüquqa,nə İslam hüquna,nə də minilliklərə söykənən qonşuluq münasibətlərinə uyğun deyildir.

Azərbaycan Respublikası hazırda  bütün regional məsələlərin əsas iştirakçısıdır. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da güclənir. Ölkəmiz, mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələrin həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilməsi mümkün deyil. Hazırkı inkişaf mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi, çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır.

Ümumiyyətlə dövlətimizin yeritdiyi regional və beynəlxalq iqtisadi,siyasi,hərbi siyasət ilk öncə regionda sülhün təminatına və regionun dayanıqlı iqtisadi inkişafına xidmət edir.  Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ötən il ərzində ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edib

Müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Şübhəsiz ki, burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və müasir çağırışlara uyğun, düzgün strateji kursun, yəni daxili və xarici siyasətin həyata keçirilməsidir.

O da qeyd edilməlidir ki, mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir.

Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu xarici siyasətin fonunda Azərbaycanın mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursunu davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Başqa sözlə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir.

Ötən illər ərzində Azərbaycanın dünya ölkələri ilə çoxşaxəli münasibətlərinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, digər ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri xüsusi rol oynayır. 2017-ci ildə dövlətimizin başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşaya, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla yanaşı, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərinin qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi töhfələr verib. Digər tərəfdən, Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan Prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub. Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali Prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar

Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il 20-dən çox xarici səfər edib. Dövlətimizin başçısı bu məqama toxunaraq bildirib ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır.

Qeyd etməliyik ki,hər hansısa dövlət haqqında ilk təsəvvür onun dövlət başçısının şəxsiyyəti ətrafında formalaşır. Bəlkədə müxtəlif dövlətlərin siyasi xadimləri düşünürdülər ki,İlham Əliyev Heydər Əliyev fenomeninin kölgəsindən kənara çıxa bilməyəcək.Lakin Ulu Öndərin əsasını qoyduğu strategiya İlham Əliyevin uğurlu siyasəti nəticəsində özünün ən pik nöqtəsinə çatdırıldı.

Azərbaycanın ötən illəri  ərzində regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da ölkəmizin nüfuzunun artması müsbət təsir göstərib. Qeyd edək ki, Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar olan ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edib. Dünya Gömrük Təşkilatının baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, Dünya Turizm Təşkilatının baş katibi, Parlamentlərarası İttifaqın baş katibi, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi, İqtisadi Əməkdaşlıq təşkilatının baş katibi, Cənubi Asiya regional əməkdaşlıq təşkilatının baş katibi, ISESCO-nun baş katibi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, UNESCO-nun baş direktoru və ATƏT Parlament Assambleyasının sədri ölkəmizə səfər ediblər.

Avrasiya geosiyasi arealında öz sözü və mövqeyi olan ölkə kimi beynəlxalq nüfuzunu, siyasi çəkisini daim artıran Azərbaycan bu gün bölgənin ən fəal aktoru statusuna sahiblənib.

Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Bunu şərtləndirən yeganə amil isə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.

Ümumiyyətlə, demokratik tərəqqi yolunu seçən Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.

Prezident İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə davam etdirilməsi beynəlxalq əlaqələrin düzgün qurulmasına imkan yaradıb.

İkinci Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin formalaşdırıb.

İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə Azərbaycan zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü siyasət Prezidentin xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur. Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Elə təkcə dünyanı cənginə alan qlobal pandemiya ilə mübarizə istiqamətində Azərbaycan Prezidentinin gördüyü tədbirlərə və irəli sürdüyü təkliflərə nəzər yetirsək bunu aydın şəkildə görərik. Qlobal pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə çağırış edən İlham Əliyev bütün çıxışlarında, nitqlərində hər zaman vurğuladı ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Yəni pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq göstərməsi təklifini də məhz İlham Əliyev irəli sürdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyanın bir çox ölkəsi tərəfindən dəstəkləndi. Bununla da İlham Əliyev beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi daha da artırdı.

Bu gün isə qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər ölkəmizin xeyrinə işləyir. Məhz İlham Əliyevin təşəbbüsü ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradılır, qlobal nəqliyyat-tranzit layihələri reallaşdırılır. Bu da əlbəttə ki, ilk növbədə bölgədə təhlükəsizliyin təmin olunmasını və region dövlətləri üçün iqtisadi dividendlərin əldə edilməsini şərtləndirəcək.

Hazırda Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr — Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlib.

Bu gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. BTC və BTƏ neft-qaz layihələrinin gerçəkləşməsi iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına təminat verir. Forum çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın bugünkü iqtisadi imkanları önə çəkilərək, dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu geniş təhlil edildi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, «Əsrin müqaviləsi» imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz «Şahdəniz» yatağından qaz hasilatına nail ola bilməzdik. Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir. «Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir» söyləyən dövlət başçısı İlham Əliyev neft strategiyasının uğurlu həllini digər aspektlərdən qiymətləndirərək inamla vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik, əməkdaşlıq gətirir, gözəl imkanlar yaradır, iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Ölkəyə xarici investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması , böyük enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Son on ildə ölkə iqtisadiyyatına 95 milyard dollar sərmayə qoyulması bu faktı təsdiqləyir ki, Azərbaycanın gələcəyinə, həyata keçirilən siyasətə inam böyükdür.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq yaradılan Dövlət Neft Fondunun aktivlərinin həcminin ildən-ilə artması, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi də Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanındı. Neftdən əldə olunan gəlirin xalq arasında ədalətli paylanması və əhalinin sosial müdafiəsinin təminatı, qeyri- neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin 20 milyard dollardan artıq olması neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir.

Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini ifadə edir. Ötən il istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri də Fondun vəsaitləri hesabına həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik.

Həyata keçirilən mühüm, nəhəng layihələr Azərbaycan dövlətinin gücünün, qüdrətinin, potensial imkanlarının göstəricisidir. Oğuz-Qəbələ-Bakı su kəməri öz strateji əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə bərabər tutulacaq layihədir. Azərbaycan dövləti bu su kəmərini çəkməklə bir daha sübut etdi ki, öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.

Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu da Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilir. Davos Forumunda dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu layihə yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşurut olacaq. Bu layihənin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu açıqlayır. Dövlət Neft Fondunun fəaliyyətində şəffaflıq prinsiplərinin öndə saxlanılması, vəsaitlərin ədalətli bölünməsi mühüm əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsinə stimul verir.

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.

«Bu gün biz yaxşı bilirik ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göycə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”

​   Prezident İlham Əliyevin işğalçıya dəstək verən dövlətlərin avanturist siyasətini faş edən növbəti çıxışı tarixi həqiqətlərin anladılması yolunda mühüm tarixi siyasi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti bir qədər əvvəl isə Ermənistanın öz havadarlarının dəstəyi ilə irəli sürdüyü 7 şərtə qarşı yeganə şərt olaraq Azərbaycan torpaqlarının qeyd şərtsiz boşaldılması və işğalçının öz yerini bilməsi ücün etdiyi dərin məzmunlu çıxışı Azərbaycanın növbəti dəfə düşmənə ağır siyasi-diplomatik zərbəsinin təzahürü idi. Bütün bunlar dünyanı haqqa ədalətə dəstək verməyə, bilərəkdən siyasi spekulyativliyin qurbanına çevrilməməyə etdiyi növbəti çağırışı idi. Lakin​ bəzi dövlətlərin hələ də bu avantüranın təsirindən ayılmamasını balanslaşdırılmamış və qeyri səlist siyasi məntiqə söykənən siyasi oyunbazların sərsəm düşüncələrinin məhsulu kimi qiymətləndirmək mümkündür. Ona görə də işğalçılıq faktorunun, terrorizmin, nəzarətsiz zonalarda aparılan özbaşnalığın qarşısının alınmamasının bəşəriyyəti məhvə aparmasını Azərbaycan dövləti dünya qarşısında çox kəskin şəkildə bəyan edir və etməkdədir. Lakin buna rəvac verən qüvvəllər hələ də dərk etmirlər ki, bir zaman həmin ölkələrin özləri bu qüvvələrin əməllərinin qurbanına çevrilirlər. Bunu tarix sübut edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bu günədək bəzi dövlətlərin və təşkilatların tutduğu qeyri obyektiv və anlaşılmaz mövqe bir daha sübut edir ki, onlar öz siyasətini dağıdıcı qüvvələrin maraqları çərçivəsində qurur. Bəşəriyyətin gələcəyini məhvə aparmaqdadırlar.

Digər bir ağrılı məqam ondan ibarətdir ki, münaqişələrin sülh yolu ilə həllinə dair əksər dövlətlərin obyektiv-konseptual münasibətləri itib. Yaxud təsirsiz vəziyyətə düşüb. Hər bir dövlətin bəşəriyyətdə sülh, sabitlik yaradılması üçün öz məsuliyyəti və öhdəlikləri vardır. Lakin bunun qarşılığında​ bir sıra dövlətlərin əks siyasi gedişlərinin şahidi oluruq. Məsələn Ermənistan işğalçı qüvvələrinin ​ Azərbaycanla sərhəddə təxribata əl atmasından ​ əvvəl Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərildiyi məlum olmuşdur. Bu ölkə Azərbaycan tərəfindən həmişə özünə qarşı sülh siyasətini, dəstəyini, qayğısını gördüyü halda ədalətsizliyi dövlət siyasətinə çevirmişdir. Daha dəqiq bir necə fakt desək yerinə düşər. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Azərbaycan Kosovonun müstəqilliyini tanımadı və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, dövlətimiz tərəfindən bu ciddi etirazla qarşılanmış və həmişə olduğu kimi sülh və ədalətin pozulmasına rəvac verən siyasi gedişləri yenə də pisləmiş, konkret mövqe ortaya qoymuşdur. Bundan sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyəti- Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etmişdir. Halbuki, bu proses əvvəlcədən təhlil edilib dövlətlər arasında gərginlik yaradan amillər nəzərdən keçirilməli idi. Deməli burada yuxarıda qeyd etdiyimiz kimi qərəzli qüvvələr öz maraqları naminə gərginliyi artırmaq yolunu tutmuşlar. Təəssüflər olsun ki, eyni motivləri qonşu Rusiya ücün də təhlil etmək mümkündür. Münaqişənin başlandığı vaxtlardan Azərbaycan​ Rusiyanın Ermənistana silah satması və hərbi texnikanın döyüş məqsədi ilə daşınmasına dair faktları və əhatəli dövlət mövqeyini ortaya qoyub.  Ancaq nə rəsmi Moskva rəsmi Bakıya qarşı, nə də Rusiya dövlət rəsmiləri Azərbaycanın dövlət rəsmilərinə qarşı heç vaxt səmimi olmayıblar. Eyni zamanda ədalət və humanizm prinsipindən çıxış etməyiblər.

   Ümumiyyətlə bir məsələni qeyd etməliyik ki, hal-hazırda dünya tamamilə qarışıb. Təkcə əsgəri döyüşlər deyil, iqtisadi, geoiqtisadi, gaeosiyasi — xülasə, bütün istiqamətlər üzrə qütblər, güclər savaşır. Bilinən odur ki, yeni düzən qurulur, başqa sözlə “başbilənlər” dünyanı yenidən bölüşdürürlər. Görünən budur ki, qarşıdakı illərdə çox mürəkkəb bir vəziyyət hökm sürəcək.

Bütün qarışıq zamanlarda, savaşlarda, çəkişmələrdə informasiya, təbliğat cəbhəsi xüsusi önəm kəsb edib, üstünlüklər həm də bunun üzərindən qazanılıb. Müasir dövrdə informasiya silahından maksimum və peşəkar şəkildə yararlanmaq günümüzün reallığıdır. Bu tələbə incəliklə, lazımınca əməl etmədən, kontr-mexanizmlər qurmadan böyük hədəflərə çatmaq hətta mümkünsüz ola bilər.

Hazırkı siyasi, hərbi və iqtisadi şərtlər daxilində Azərbaycanın yeri, mövqeyi və önəmi haqda çox danışmağa, izah verməyə ehtiyac yoxdur. Çünki bunu indi əksəriyyət bilir, başa düşür. Qısaca onu deyək ki, Qalib Azərbaycan hazırda dünyanın, bütün qütblərin diqqət mərkəzindədir. Regionun lider dövləti, şərtləri diqtə edən, İkinci Qarabağ Müharibəsindən sonra yeni reallıqlar yaradan Azərbaycanın bundan sonrakı dönəmdə həm görməli olduğu işlər çoxdur, həm də bizə qarşı planları önləməlidir.

12-13 sentyabr hadisələri zamanı informasiya cəbhəsindəki “qaydasız döyüş” metodlarının mövcudluğunun şahidi olduq. Ermənistanın uydurmalarına dünyada inananlar heç də az olmadı. Dünyanın bir çox media orqanları birtərəfli informasiyalar tirajladılar. Düzdür, Azərbaycan da sakit dayanmadı və bütün mümkün variantlardan istifadə olundu, həqiqətləri bir daha çatdırmağa çalışdıq. Nə dərəcədə nail olduq sualı ortaya çıxarsa, bu artıq başqa məsələdir. 

Burada ortaya bir həqiqət də çıxdı ki, gələcək üçün planlar qurmağa, informasiya cəbhəsində daha artıq silahlanmağa bir gün belə vaxt itirmədən diqqət ayırmalıyıq.

Hər kəsə bəllidir – müasir dövrdə informasiya savaşı ən amansız savaşdır. İnformasiya, ənənəvi media və sosial media hazırda dünyada ən güclü silahdır. Biz informasiya cəbbəxanasını, arsenalını maksimum gücləndirməliyik, yeni “silah-sursat”larla təmin etməliyik.

İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı dönəmdə Azərbaycan Prezidenti İlham Əliyev informasiya cəbhəsində də liderliyi üzərinə götürmüşdü. Ön cəbhədəki qələbəmizlə yanaşı, informasiya cəbhəsində də zəfər qazandığımızı söyləyə bilərik.

Postmüharibə dövründə Prezident dəfələrlə vurğuladı ki, qarşıdakı müddətdə Azərbaycan informasiya savaşında, habelə diplomatik mübarizədə bir an dayanmamalıdır və bu bizə çox lazımdır.

Proseslərin gedişi göstərdi ki, ermənilər məğlubiyyətlərindən sonra informasiya təxribatlarını dünya boyunca daha da artırıblar.12-13 sentyabr hadisələrində bunun bir daha əyani şahidi olduq ki, informasiya müharibəsi nə qədər önəmlidir.

Düzdür, qeyd etdiyimiz kimi, Azərbaycan bu dəfə də səsini dünyaya duyura bildi, həqiqətləri çatdırdı. Amma xeyli çatışmazlıqlar, boşluqlar da müşahidə olunmaqdadır.

Ancaq həm də onu müşahidə etdik ki, informasiya savaşında daha da böyük işlər görülməsinə ciddi zərurət var.

Əlbəttə, dövlət bu sahədə xeyli işlər görür və görəcək. İnformasiya məkanının bir təmsilçisi kimi, müəyyən düşüncələrimi bölüşmək istərdim.

İnformasiya cəbhəsində, mübarizəsində elə bir sistem, mexanizm qurmalıyıq ki, saat kimi işləsin. Hansısa fors-major, təxribatlar baş verəndə özümüzü itirməyək, gecikməyək, dünyaya dərhal həqiqətləri çatdıra bilək deyə, mükəmməl, daim çalışan, anındaca hərəkətlənən bir sistemə sahiblənməliyik. Elə bir mərhələyə, səviyyəyə çatmalıyıq ki, hansısa bir məqamda informasiya savaşında Prezidentin arxasında nizamlı bir təbliğat ordusu olsun. Həm dünyada, həm də daxili auditoriya üçün.

Həm daxili, həm də xarici auditoriya üçün informasiya-təbliğat işi paralel inkişaf etməlidir. Hazırda daxili auditoriyanı da bir çox hallarda xaricdən və xaricdən idarə olunan şəbəkələrə çaşdırmağa, yönətməyə baş vururlar.

İnformasiya-təbliğat sahəsində digər faydalı, effektiv iş böyüklü-kiçikli bütün ölkələrdə səfirliklərin olduqları ölkələrdə saytlarla əməkdaşlıq qurmaları, davamlı informasiya ötürmələridir. Bu iş üçün səfirliklərin çox peşəkar, media-piar işini bilən əməkdaşı olmalıdır. Təəssüf ki, əksər səfirliklərdə buna önəm verilmir.

Lazım gələrsə səfirliklərin xətti ilə şəffaf şəkildə, ödənişli əsaslarla o ölkələrin saytlarında məqalələr yerləşdirilməsi də uğurlu ola bilər, dünya təcrübəsində buna çox rast gəlinir. Bir çox dövlətlər bunu tətbiq edir.

Habelə, Azərbaycanda beynəlxalq təşkilatlarla, media orqanları ilə əməkdaşlıq qurmaq imkanları, normal dövlətçilik qafası olan jurnalistlərə bu işdə mümkün dəstəyi vermək faydalı ola bilər.

Bunun çox sadə bir mexanizmi qurula bilər: Dünyada, regionda gedən prosesləri izləyən, doğru nəticələr çıxarmağı bacaran, həmçinin, hansısa təlimat gəlmədən də Azərbaycanın maraqlarının, strateji mövqeyinin nədən ibarət olmasını bilən, dərk edən jurnalist və politoloqlardan ibarət bir beyin mərkəzi qurulur. Həmin mərkəzin görəvi səfirlikləri, nüfuzlu dünya agentliklərini, habelə yerli media orqanlarını, böyük sosial şəbəkə səhifələrini operativ və obyektiv məlumatlarla anındaca təmin etmək olur.

İnformasiya cəhbəsindəki bütün boşluqlar doldurulmalıdır. Qeyd etdiklərimdən fərqli uğurlu təkliflər, ideyalar da təbii ki, ola bilər və var. Sadəcə, bir an belə gecikmədən sistemli işlər görülməli, mexanizmlər qurulmalıdır.

Qlobal əhəmiyyətli tarixi proseslər siyasət adamlarını yenidən kəşf etmək, onların liderlik keyfiyyətlərini aydın görmək üçün geniş imkanlar yaradır. Azərbaycanın zəfəri ilə tamamlanmış Vətən müharibəsinə qədər xalqımız İlham Əliyevi qurucu rəhbər, ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş lider, regionun gələcək inkişafı ilə bağlı aydın hədəfləri olan qətiyyətli siyasi xadim, Azərbaycanın milli maraqlarını hər yerdə qətiyyətlə qorumağı bacaran mahir diplomat kimi tanıyıb rəğbət bəsləyirdi. Vətən müharibəsindəki qələbə isə Ali Baş Komandan İlham Əliyevi bütün dünyada müzəffər sərkərdə kimi şöhrətləndirdi. Son illərin qlobal siyasi prosesləri, Azərbaycan Prezidentinin bu proseslərdə tutduğu mövqe, oynadığı rol, apardığı təhlillər, irəli sürdüyü təşəbbüslər dövlət rəhbərimizin zəmanəsinin ən parlaq liderlərindən olduğunu göstərir. Ən mühümü isə tutduğu müstəqil yolla, sarsılmaz qətiyyətilə bütün təhdid və təzyiqləri dəf etmək əzmini, ölkəmizi böyük hədəflərə doğru apardığını sərgiləyir.

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.

Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda ölkəmizin sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması da buna dəlalət edir.

Bu gün beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan hər kəs — liderlər, beyin mərkəzləri, siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıqda Ermənistanın yeri xeyli suallar doğurur. Məlumdur ki, son onilliklərdə, hətta daha geniş götürsək, XX əsrin əvvəllərində tarixi torpaqlarımızda Ermənistan dövləti yaranan vaxtlardan bu dövlətin ideoloji təməlləri əsasən işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bu təməlləri sarsıtdı. Ermənistanın və dünya erməniliyinin onilliklərdir ki, bəşəriyyətə yaydığı saxta mifləri puça çıxardı. İndi Ermənistanın bölgədəki mövcud reallıqları nəzərə alan yeni hədəflər müəyyən etməsi zəruridir.

Məlumdur ki, Ermənistan saxta miflərə söykənərək daha bölgədə təcrid olunmuş vəziyyətdə yaşamaqda davam edə bilməz. Bu ölkənin gələcəyi qonşularla normal münasibətlərdən asılıdır. Digər tərəfdən, qlobal proseslər Azərbaycanın təşəbbüskarı olduğu enerji-kommunikasiya layihələrinin beynəlxalq önəmini daha da artırır. Dünya bu imkanlardan daha geniş şəkildə faydalanmağa çalışır. Beynəlxalq dairələr Ermənistanın uydurma iddiaları, mənasız kin-küdurəti üzündən dünya iqtisadiyyatı üçün böyük imkanların, əlverişli marşrutların əldən çıxmasına, yaxud risk altına düşməsinə daha etinasız yanaşmaq fikrində deyil. Ona görə də indi Ermənistanın yeganə yolu regiondakı inkişaf axınına qoşulmaqdır. Bunun üçün isə qonşularla münasibətlər normallaşdırılmalıdır. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regional inkişafın bir hissəsi olması, bölgənin həyatına fəal inteqrasiya üçün əməkdaşlığın, konstruktivliyin önəmini anlaması, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə xilas kəməridir.

Münaqişənin insan itkilərinə yol vermədən, sülh yolu ilə həlli üçün qonşu ölkənin işğalçı mövqeyinə illər ərzində dözüm göstərən, sülh danışıqlarına sadiq qalan, yalnız bu danşıqların heç bir perspektivinin qalmadığına tam əmin olandan sonra hərbi yolla torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad edən və hətta hərbi əməliyyatların gedişində də yenə insan itkilərinin qarşısını almaq üçün Ermənistana dəfələrlə torpaqlardan çıxmaq üçün konkret qrafik verməsini təklif edən Azərbaycan öz konstruktivliyini postmünaqişə dövründə də qoruyur. Qafqazda sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir.

Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Dövlət rəhbərimiz çıxışlarında bu məsələlərlə bağlı aydın izahlar verir, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Öz prinsiplərini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi təcrübəsinin ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətli olmasının zəruriliyini göstərir. Heç vaxt işğalla barışmamağı, öz resurslarına bel bağlamağı, müstəqil siyasətin önəmini əsas prinsiplər olaraq irəli sürür. Azərbaycanın bütün münaqişələrin həllində beynəlxalq hüququn müddəalarını rəhbər tutduğunu vurğulayır.

Azərbaycan son onilliklərdə bütün dünyada multikulturalizmi, tolerantlığı, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini təşviq edən aparıcı ölkələrdəndir.

Tam məsuliyyətlə deyə bilərik ki,bu gün özünü demokratiyanın beşiyi adlandıran və demokratik dəyərlərin hamisi kimi qeyri səmimi siyasi manevrlər edən ölkələrin heç birində Azərbaycanda olduğu qədər ümumbəşəri dəyərlərin qorunması sosial atmosferası mövcud deyildir.

Çoxmillətli ölkə olan Azərbaycanın tarixi təcrübəsi, əsrlərlə formalaşmış milli ənənələri xalqlar arasında sülhün əldə olunmasına aydın istiqamətlər verir. Əlbəttə, müharibənin ağrı-acılarını unutmaq, vurduğu yaraları sağaltmaq hər iki tərəf üçün çox çətindir və heç mümkün də deyil. Amma bu faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün xalqlar barışa ortaq imkanlar tapıb onlardan faydalanmağı bacarmalıdırlar. Kin-küdurəti unudub gələcəyə baxmalıdırlar. Bu, bütün dünyada müharibə aparan xalqlar arasında tarixən belə olub. Faciələri yadda saxlamaq, unudulmağa qoymamaq isə qarşılıqlı nifrət üçün deyil, əksinə, tarixin ibrət dərslərindən nəticə çıxarmaq, sülhü qorumaq üçün lazımdır.

Coğrafiya, qonşuluq bir taledir. Bu taleyə uyğun birgəyaşayış qaydalarını müəyyənləşdirmək zəruridir. Dövlət rəhbərimizin apardığı müstəqil siyasət, postmünaqişə dövrünün reallıqlarını təmkinlə, bölgənin gələcəyini aydın nəzərlərlə dəyərləndirməsi, qonşuluq məsələlərinə baxışları bu qaydalar əsasında regionda gözəl bir inkişaf mühitinin təmin olunmasına imkanlar yaradır.

Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul etdiyini, dövlətimizin onların bütün hüquqlarını və təhlükəsizliklərini təmin etməyə hazır olduğunu hər zaman bəyan edib. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün onlar ilk növbədə separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməlidirlər. Başa düşməlidirlər ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması onlar arasında artıq bu həqiqətləri anlamağa başlayanların sayının artmasına dəlalət edir.

Azərbaycanla Ermənistan arasında ictimai diplomatiya imkanlarından istifadə otuz illik münaqişə dövrünün psixoloji maneələrinin tədricən aradan qalxmasına, iki xalqın yaxınlaşaraq gələcəyə birgə baxmasına, xüsusilə Ermənistanda hökm sürən nifrət və revanşizm iddialarının qarşısının alınmasına böyük fayda verə bilər. Azərbaycan dövləti Avropa İttifaqının, ABŞ və Rusiyanın dəstəyi ilə bu cür təmasların olmasını, müxtəlif görüşlərin keçirilməsini, tərəflərin bütün səviyyələrdə danışıqlara başlamasını zəruri sayır. Bununla bağlı konstruktiv mövqeyini ortaya qoyur.

Avropa İttifaqının Ermənistan və Azərbaycan üçün ayırdığı maliyyə paketlərinin bir hissəsi də əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ümumiyyətlə, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu təqdirəlayiqdir. Avropa İttifaqının bu mövqeyi səbəbsiz deyil. Azərbaycanın bu təşkilatla münasibətlərində məqsədyönlü, praqmatik davranışlarının, strateji önəminin, regionun gələcəyi ilə bağlı aydın hədəflərinin qarşılığıdır. Eyni zamanda Azərbaycanın tutduğu müstəqil mövqeyə, yürütdüyü siyasətə, regionda həqiqətən sülhün, davamlı inkişafın təmin olunması ilə bağlı səmimi istəklərinə verilən dəyərin ifadəsidir.

Azərbaycan öz məqsədyönlü, müstəqil siyasətinə uyğun olaraq dünyanın əksər aparıcı qurumları kimi Avropa İttifaqı ilə münasibətlərini də ehtimallarla deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Ölkəmiz regionda sülh və davamlı inkişaf arzuladığı kimi, Avropa İttifaqı da öz sərhədlərində sabitlik istəyir. Azərbaycanın enerji potensialı, nəqliyyat-kommunikasiya infrastrukturu bu nüfuzlu təsisat üçün son dərəcə maraqlıdır. Ümumiyyətlə, ortaya qoyduğu mövqe Avropa İttifaqının yeni reallıqları tam qəbul etdiyini göstərir. Azərbaycan da Avropa İttifaqı ilə yaxın münasibətlərin qurulmasının tərəfdarıdır. Qarşısına üzvlük kimi qeyri-real hədəflər qoymur. Müasir texnologiyalara, Avropanın enerji bazarına daha geniş çıxış imkanlarına can atır. Bu da, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə eyni bucaq altında yanaşmasını istəyir. Bu baxımdan, Avropa İttifaqının postmünaqişə dövründə tutduğu mövqe, danışıqlar prosesində oynadığı rol təşkilat haqqında müsbət rəylər yaradır. Bu məqamı Azərbaycan Prezidenti son çıxışlarında da xüsusi vurğulayıb. Dövlət rəhbərimizin belə yüksək qiyməti Avropa İttifaqının ədalətli vasitəçi olmasına, normallaşma prosesində fəal rol oynamasına obyektiv münasibətindən irəli gəlir.

Bütün bunlar bir daha Azərbaycanın müstəqil siyasətini, regionun gələcəyi ilə bağlı səmimi niyyətlərini, heç bir ölkəyə, beynəlxalq təşkilata qarşı qərəzli mövqedə olmamasını göstərir. Azərbaycan sadəcə Qafqazda daimi sülhün olmasını həqiqətən istəyənlərlə, buna çalışanlarla ATƏT-in Minsk qrupu kimi illəri boşa verib münaqişəni gələcəyə ötürməyə çalışanları bir-birindən ayırır. Onların hər birini dünyaya öz əməli, əldə etdiyi nəticə, yaxud nəticəsizliklə təqdim edir. Fikrimizcə, dünyadakı gələcək proseslər üçün bütün bu təcrübələr son dərəcə önəmlidir.

Əfsuslar olsun ki, bu proseslərdə mənfi təcrübə formalaşdıran təkcə ATƏT-in Minks qrupu deyil. Bu, UNESCO təşkilatına da aiddir. Dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyət prioriteti elan etmiş UNESCO 30 illik işğal dövründə  Ermənistanın Azərbaycan xalqına məxsus mədəni irsi dağıtmasına göz yumub. «Siyasi məsələlərlə məşğul olmamaq» bəhanəsi ilə həmin ərazilərə missiya göndərməkdən imtina edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu təşkilatın  fəallaşması və «erməni tarixi irsinin» müdafiəsinə qalxması müşahidə edilir. Bu hallar UNESCO kimi təşkilatların da öz prinsiplərindən uzaq düşdüyünü, əslində mədəni irsi deyil, erməni vandalizmini müdafiə mövqeyində dayandığını və qeyri-obyektivliyə yol verdiyini göstərir.

Azərbaycanın müstəqil xarici siyasəti xalqımızın milli maraqlarına əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu günümüz və sabahımız prizmasından yanaşır, bütün qonşularla xoş münasibətlərə malikdir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə də ölkəmizin strateji maraqlarına əsaslanır. Bütün bunlar ümumilikdə Cənubi Qafqaz regionunda sülhə və davamlı inkişaf mühitinə xidmət edir. Bu gün regionun gələcək inkişaf mənzərəsini Azərbaycan müəyyənləşdirir.

On il sonranın Cənubi Qafqazında Azərbaycan daha da güclü olacaq. Sülh arzusunun reallaşması istiqamətində göstərilən səylər nəticəsində həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar, problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesləri gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq yaranacaq. İndiyə qədər bir çox regional layihələrin müəllifi kimi Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynamış Azərbaycan güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi bu prosesdə liderliyi öz üzərinə götürəcək.

Azərbaycan artıq Qafqaz regionunda deyil dünyaya açılan yeni bir aydınlıq yoludur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin getdikcə artan rolu, eləcə də bərpaolunan enerji potensialı, dünyanın aparıcı şirkətləri ilə bu istiqamətdə görülən işlər də Prezident İlham Əliyevin apardığı müstəqil siyasətin tarixi nailiyyətləridir.

Bütün bunlar dövlət başçımızın da bəyan etdiyi kimi nəyi, necə və nə vaxt etməyi gözəl bilən, hər sözünə imzası qədər dəyər verən və bunu əməldə sübuta yetirən qətiyyətli liderin gələcəklə bağlı təsvir etdiyi və addım-addım reallığa çevirdiyi aydın mənzərədir. Azərbaycanın yeri bu mənzərədə daha da qüdrətli görünür.

Bütün məsələlərdə Türkiyə və Azərbaycan qardaşları bir yerdə olacaq və bu birlikdən dünyaya ancaq ədalət və humanizm prinsipləri yayılacaqdır.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bu gün Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.   Bəli, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.

Hazırda hər iki dövlət başçısının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bu barədə deyib: «Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır…».

Dövlətimizin başçısı daha sonra bu sözlərin çox ciddi mesaj, siqnal olduğunu, Azərbaycanın əks-hücum əməliyyatını uğurla reallaşdırmağa müsbət təsir göstərdiyini, hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etməsinə imkan vermədiyini və bütün bu dəstəyə görə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirib.

Burada bir məqamı da vurğulamaq istərdik. İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz ara­sında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən «Baykar» şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin «Baykar» şirkətinin texniki direktoru Selçuk Bayraktarı və «ASELSAN» şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edərkən də bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı görüşdə qardaş ölkənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunaraq, Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, «Baykar» şirkətinin istehsalı olan məhsulların torpaqlarımızın düşməndən təmizlənməsi zamanı işğalçı texnikasının məhv edilməsindəki rolunu vurğulayıb.

Bu amil Türkiyədə müdafiə sənayesinin yüksək sürətlə inkişafından xəbər verir. Artıq dünya üçün sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da Vətən müharibəsində məharətlə istifadə edərək, böyük üstünlük qazanıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı «Qarabağ” ordeni ilə təltif edib.

Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanıl­ması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.

Burada onu da deyək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: «Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər».

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəkləri nəzərdə tutulur.

Hazırda ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.

Xatırladaq ki, bu gün Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib. İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə «Əsrin müqaviləsi» ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.

Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf po­tensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər.

Münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.

Siyasi dialoqun dinamizminə uyğun olaraq iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın cari ilin fevralında Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində 2019-cu ildə imzalanmış Preferensial Ticarət Sazişi mühüm yer tutur. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.  Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır.

Beləliklə, indiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haq səsinin çarçısı olmuşdur.

 Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.

Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər. Onlar Azərbaycan — Türkiyə arasındakı münasibətləri iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqünə ucalda biliblər. Bunu xarakterlərindəki ulu əcdadlarımıza xas comərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar.

Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Bu il oktyabrın 16-da Türkiyənin «A Haber” televiziya kanalına müsahibəsində ölkə rəhbərimiz demişdir: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.  İki ölkə rəhbəri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfələrini verir. Bu iki parlaq liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilmiş hərbi parad, Türkiyədə «STAR” neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri hər iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir.

Azərbaycanın haqq işinə digər türkdilli dövlətlərdən də müəyyən səviyyələrdə dəstək gəlir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının noyabrın əvvəlində Bakıda keçirilən növbədənkənar toplantısı bunun bir nümunəsi idi. Toplantıda iştirak üçün paytaxtımızda qonaq olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi Azərbaycan Prezidenti də qəbul etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hazırda Vətən müharibəsi apardığı günlərdə bu toplantının xüsusi önəm daşıdığını vurğuladı: «Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir”.

Bütün bunlar türk dünyasının birliyinə, Azərbaycan Prezidentinin illər əvvəl də bəyan etdiyi kimi, XXI əsrin Türk dünyası əsrinə çevrilməsi üçün atılan xoş addımlardır. Eyni soy-kökə, ortaq tarixə, mədəniyyətə və müasir dünyamızda üst-üstə düşən iqtisadi-siyasi maraqlara malik türkdilli ölkələrin bir-birinin yanında olmasıdır. Hər kəs üçün faydalı münasibətlər mühitinin formalaşdırılması və inkişaf etdirilməsidir. Bu gün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri başqa türkdilli ölkələr üçün də birlik modeli yaradır, nümunə göstərir. İki ölkənin təşəbbüsü ilə irəli sürülən qlobal layihələrdə digər türkdilli dövlətlərin də maraqları uzlaşır. Türk dünyasının möhkəm, dayanıqlı birliyi üçün zəmin gücləndirilir.

Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan — Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq.

Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur.  Əlbəttə, yuxarıda sadalanan amillərin hər biri vacib və digərinin inkişafı üçün tamamlayıcı olsa da, iki qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərini göstərmək olar.

  Bununla yanaşı, Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”, İstanbulda isə “IDEF-2017”, “IDEF-2019” və “IDEF — 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. Bu baxımdan, 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

  Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bütün bu və digər təlimlərin hər biri yüksək peşəkarlıqla başa çatıb. Bu hərbi əməkdaşlıq 44 günlük Vətən müharibəsində öz real nəticəsini göstərdi. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edərkən sözsüz ki, İkinci Qarabağ müharibəsində hərb tarixində dastan olan Türkiyənin pilotsuz uçuş aparatlarının adı öndə getməlidir.

Türkiyə dövləti dünyada ədalətin qorunması missiyasını əsas prinsip seçmiş qüdrətli qardaş dövlətdir. Vətən Müharibəsində bizə etdiyi hərtərəfli kömək təkcə qardaş təəssübkeşliyi deyil,eyni zamanda ədalətin qorunmasını sağlamaq idi.

Ermənistan təkcə Azərbaycanın deşməni olmaqla məhdudlaşmır,eyni zamanda insanlığın üz qarası,bəşəriyyət üçün təhlükəli siyasi və praktik parazitdir. İşğaldan azad edilmiş ərazilərdəki vəhşilik heç bir insani normaya sığmayan utanc verici reallıqdır.  Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir. Prezident İlham Əliyevin dediyi kimi: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq”.

  Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.

  Ötən il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.

  Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.  Bəhs etdiyimiz kimi, İkinci Qarabağ müharibəsində qazanılan rəşadətli Qələbə əməkdaşlıq və faydalı münasibətlər baxımından Azərbaycana və Türkiyəyə olan geosiyasi ehtiyacı əhəmiyyətli dərəcədə artırıb. Məhz bu Qələbə nəticəsində artıq beynəlxalq platformalarda münaqişədən deyil, əməkdaşlıq və inkişafdan danışılır ki, bu mövzuda ön sırada Zəngəzur dəhlizi dayanır. Əvvəla qeyd etmək lazımdır ki, böyük müdrikliklə mehriban qonşuluq və səmimi dostluq siyasəti yürüdən Prezident İlham Əliyev qonşu İranla münasibətləri dinamik inkişafda saxlamaqla, Zəngəzur dəhlizinin reallaşması üçün mühüm uğura nail oldu. Bu nəhəng siyasətin real nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

  Yuxarıda qeyd etdiyimiz mühüm anlaşma Zəngəzur dəhlizinin açılmasının alternativsizliyinin təsdiqidir. Əks halda, Ermənistan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars boru kəmərləri, TANAP kimi layihələrdən məhrum edildiyi kimi, perspektivdəki yeni layihələrdən də təcrid olunmuş vəziyyətə düşə bilər.

  Zəngəzur dəhlizi Avrasiyada məkanında inkişaf və tərəqqi yolu seçən bütün ölkələr üçün həm milli, həm də beynəlxalq əhəmiyyətli layihədir. Ən azı ona görə ki, bu dəhliz bütün tərəflərə rahat və qısa, təhlükəsiz daşımalar, inkişaf və tərəqqi, turizm və çoxmədəniyyətli ünsiyyət vəd edir. Bu dəhlizin açılması Avrasiyada əməkdaşlıq imkanlarını genişləndirəcək və geniş bir coğrafiyanın cəlbediciliyini artıracaq ki, bunun üçün də Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın deyil, bütün türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZERTAC) Türkiyənin Anadolu Agentliyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə Anadolu Agentliyi arasında sıx tərəfdaşlıq əlaqələri nümunəvi örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir.

  Bu iki agentlik təkcə qardaş ölkələrimiz arasında deyil, ümumilikdə türk dünyası dövlətləri arasında media sahəsində əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Məlum olduğu kimi, mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək səviyyəli rəsmilərinin 4-cü toplantısı keçirildi. Tədbirdən sonra Anadolu agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC ilə birlikdə türk dünyası xəbər agentlikləri birliyini yaradacaqlarını bildirərək dedi: “Bu, olduqca vacibdir. Sadəcə, bir-birimizə foto, video, xəbər ötürülməsi baxımından deyil, türk dünyasının, ictimaiyyətinin bir-birinə yaxınlaşması və türk mədəniyyətlərinin bir-biri ilə daha yaxın olması baxımından da xəbər agentlikləri birliyini olduqca əhəmiyyətli hesab edirik. Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadi vəziyyətini belə şərh edib: “Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri durmadan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye istehsalı və ixracı hər ay yeni rekordlara imza atır. 2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixracımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq”.

  İqtisadi sahədəki sıçrayışlı inkişafın daha bir real təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rize-Artvin Hava Limanının istifadəyə verilməsidir. Azərbaycan dövlət başçısının çıxışından bir məqama diqqət edək: “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

  Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək. 

  Sonda bir daha Türkiyə-Azərbaycan Qardaşlarının heç bir siyasi-iqtisadi maraqlara hesablanmayan səmimi münasibətlərinə paxıllıq edən dünyada söz sahibi olan,lakin öz gücünü yeni yeni münaqişə ocaqları yaratmağa yönəldən qüvvələrək xüsusən də daxildə pozuculuq yaratmaq istəyən missionerlərə bildirmək istəyirik ki,»Türkiyə ilə Azərbaycan dost deyil ki,aralarına fitnə toxumu səpin ayıra biləsiniz. Qardaşlar arasında inciklik olar ancaq ayrılıq olmaz. Çünki bizi birləşdirən maraqlar-ilişgilər-menfaat deyil Kan Bağımızdır!

Ağdam rayon 95 nömrəli  tam orta məktəbin direktoru Kərim Novruzov

Bu xəbəri paylaşın: