Azərbaycan diplomatiya tarixinə qısa nəzəri baxış

(Novruzov Kərim BDU-nin məzunu, tarixçi)

«Vətənpərvərlik insanının daxilindəki duyğudur.Əgər bu yoxdursa insan mənəviyyatsızdır» Heydər Əliyev

Ön söz

Diplomatiya sözü latın dilində qatlanmış məktub mənasını verir. Bu məktubda onun sahibinin diplomatik səlahiyyətlərini təsdiqləyən məlumatlar olardı. Antik dövrdə və orta əsrlərdə diplomatik fəaliyyət epizodik xarakter daşıyır və əsasən müharibələrə xidmət edirdi. Müasir şəraitdə diplomatik xidmətin həm rolu və əhəmiyyəti artmış, həm də diplomatik fəaliyyətlə məşğul olan strukturlar geniş vüsət almışdır. Misal üçün:ABŞ dövləti yaranarkən,1789 cu ildə xarici siyasət fəaliyyətini   həyata keçirən dövlət departamentinin cəmi 6 işçisi vardı, lakin indi onların sayı 30 mini ötmüşdür. Diplomatiyanın məzmunu, əhatə dairəsi siyasi elmin və beynəlxalq münasibətlər nəzəriyyəsinin diqqət mərkəzində olan problemlərdəndir. Tədqiqatçılar arasında bu məsələ ətrafında müxtəlif baxışlar qərarlaşmışdır. Ənənəvi olaraq diplomatiya gücə arxalanan dövlətlərarası danışıqlar sənəti hesab edilirdi. Onun uğurunun təmin edilməsində  həlledici amil ölkənin hərbi qüdrəti sayılırdı. Lakın müasir şəraitdə dövlətlərarası münasibətlərdə yalnız gücə arxalanan diplomatiya öz əhəmiyyətini tədricən itirməkdədir. Beynəlxalq siyasətdə milli mənafelərin həyata keçirilməsinin siyasi mexanizmlərinin rolu yüksəldikcə, gücə arxalanan diplomatiyanı inandırma, razılığa gəlmək diplomatiyası sıxışdırmağa başlayıb.

Siyasi ədəbiyyatda diplomatiyanın yeni xüsusiyyətlər kəsb etdiyini əks etdirmək üçün » parlament diplomatiyası «termini irəli sürülmüşdür. Bu ideyanın müəllifi olan  Din Pask «parlament diplomatiyası «dedikdə beynəlxalq təşkilatlarda, xüsusilə BMT da ayrı-ayrı dövlətlərin nümayəndələrinin diplomatik fəaliyyətini nəzərdə tuturdu.

Xarici siyasəti həyata keçirməyin mühüm vasitələrindən biri silahlı qüvvələrdir. BMT nizamnaməsinə uyğun olaraq, ölkəni təcavüzdən qorumaq, yaxud kollektiv təhlükəsizlik tədbirlərini həyata keçirmək məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə edilməsi beynəlxalq cinayət hesab edilir. Müasir dünyanın reallıqları təkzibedilməz şəkildə sübuta yetirir ki, silahlı qüvvələr Xarici siyasətin ən təsirli vasitəsi kimi öz potensialını heç də tükətməmişdir. Küveyt-İraq münaqişəsinin ABŞ silahlı qüvvələri tərəfindən güc tətbiq etməklə həlli həmçinin ərazilərimi 30 ilə yaxın işğalda saxlayan işğalçı ermənistanı müzəffər ordumuz tərəfindən güc tətbiq etməklə həlli Xarici siyasət səylərinin müharibə vasitəsi ilə davamının əhəmiyyətinin aradan qalmadığına tutarlı misaldır. Təsadüfi deyildir ki, tanınmış amerikan tədqiqatçısı K.Rayt yazır ki, diplomatiyanın məzmununu müharibə alternativinin mümkünlüyünü nəzərdə tutan danışıqlar təşkil edir. Digər amerikalı müəllif isə daha səmimiyyətlə göstərir ki:Xoşunuza gəlsə də, gəlməsə də güc tətbiq edilməsi və ya etməyə hazır olmaq Xarici siyasətin əsasını təşkil edir .

Xarici siyasətin çox mühüm vasitələrindən biri təbliğatdır. Lap qədim zamanlardan müharibələrə hazırlıq ərəfəsində ideoloji tədbirlər, ideoloji təbliğat və təxribat ən mühüm vasitə kimi nəzərdə tutulub. Müharibələrin, habelə bütövlükdə Xarici siyasətin ideoloji təminatı iki başlıca məqsəd güdür:birinci ictimai rəyin formalaşdırılması yəni daxildə insanlar arasında bu və ya digər Xarici siyasət fəaliyyətinə adekvat ictimai rəy formalaşdırmaq,  ikincisi isə beynəlxalq ictimaiyyəti mümkün hadisələrə hazırlamaq. Hər iki prinsipi Azərbaycan dövlətinin apardığı ədalətli 44 günlük müharibəsində aydın görmək mümkündür .

Əsas hissə:

Diplomatiyanı müəyyən edən digər bir qurum ölkə parlamentidir ki, burada da diplomatiyanın hüquqi əsasları, qanunvericilik əsasları formalaşır. Diplomatiya qanunvericiliklə hüquqi status əldə edir. Dövlətin xarici siyasətinin icrasını həyata keçirən ümumiləşdirici qurum isə xarici işlər nazirlikləri və xarici siyasət ofisləridir.

Diplomatiyanın bir peşə sahəsi kimi tarixi qədimdir. Dövlətlər yaranandan indiyə qədər beynəlxalq münasibətlər olub. Diplomatiya tarixən dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edib. Diplomatiya dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir.

Hər bir anlayış kimi, diplomatiyanın da tərkib anlayışları, elementləri mövcuddur. Diplomatiya anlayışının konseptuallığı bundan meydana gəlir. Diplomatiya anlayışı özündə dövlətçilik konsepsiyalarını, qanunvericilik sistemini, beynəlxalq münasibətlərdə subyekt və obyekt kimi anlayışları, beynəlxalq hüquq anlayışını, o cümlədən beynəlxalq müqavilələr, danışıqlar anlayışlarını cəmləşdirən universal anlayışdır. Eyni zamanda məxsusi anlayışları da vardır: səfir, elçi, konsul, nunsi, internunsi, aqreman, ekzekvatura, göndərən ölkə, təyinat ölkə, immunitetlik, toxunulmazlıq kimi anlayışları da özündə cəmləşdirir.

Diplomatiya bir anlayış olaraq özündə: siyasət, bu baxımdan təmsilçilik, (ölkəsinin və təşkilatın təmsil olunması), missiyaçılıq (sülh missiyasının, digər siyasi missiyaların həyata keçirilməsi), vasitəçilik (münaqişəli tərəflərin barışdırılması), əlaqələndiricilik (dövlətlərin strukturlarının əlaqələndirilməsi), barışdırıcılıq (sülh missiyası), icraçılıq (dövlət siyasətinin icrası) kimi strateji və taktiki məsələləri ehtiva edir. Diplomatiyanın tərkibi olan konsulluq fəaliyyəti də siyasət aktlarından ibarətdir. Konsulluq mülkü sahədə dövlət siyasətinin əsaslarını həyata keçirir. Təyinat ölkədə yaşayan vətəndaşların mülki maraqlarını təmin edir, gediş-gəliş (viza) məsələlərini tənzimləyir. Mülki aktlar da dövlət siyasətinin tərkibini təşkil edir.

Diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir. Diplomatiya etiketləri, beynəlxalq mənəvi məsələləri özündə cəmləşdirir. Diplomatiya dövlətin nümayəndəliyi məsələsini özündə ehtiva edir. Diplomatiya beynəlxalq əlaqələrdə dövlətin identifikliyini yaradan bir sahədir. Diplomatik gedişlər taktiki uduşlara və strateji nailiyyətlərə yönəlir. Diplomatiya etika və estetika məsələlərini özündə əks etdirir. Diplomatiya təyinat ölkədə şəraiti öyrənmək, vəziyyəti öyrənmək funksiyasını həyata keçirir.

Diplomatiya (burada xarici işlər qurumları və səfirliklər, elçiliklər, diplomatik müşavirlər, konsulluqlar) öz fəaliyyətini milli qanunvericilik normaları (diplomatiya və konsul xidmətləri haqqında göndərən ölkənin qanunvericilik normaları ilə), təyinat ölkənin müvafiq qanunvericilik normaları və beynəlxalq hüquqla müəyyən edir. Diplomatiya beynəlxalq normaların hazırlanmasında iştirak edir (müqavilə və sazişlərin hazırlanmasında xarici işlər qurumları iştirak edirlər) və şəraitə uyğun təkliflərlə çıxış edir. Diplomatiya dövlətin beynəlxalq hüquqa (məsələn, konvensiyalar və onların protokollarına qoşulma) qoşulmasını təmin edir.

Diplomatiya təmsilçilik sahəsi olduğundan, burada dövlətin (təmsil olunan dövlətin) bütün elementləri əks olunmalıdır. Diplomatiya dövlətin (göndərən ölkənin) xarakterik xüsusiyyətlərini və xalqın mental cizgilərini özündə ehtiva edir. Diplomatiya həm beynəlxalq, həm də milli elementləri özündə daşıyır. Milli mədəniyyət modelini təqdim edir və digər tərəfdən də beynəlxalq normalara əməl etməklə beynəlxalq etiketi əks etdirir.

Diplomatiya milli elementlərin təqdimatını həyata keçirən bir etik və estetik fəaliyyət sahəsidir. Diplomatiya milli mədəniyyəti və dünya mədəniyyətini tərənnüm edən bir sahədir. Hər bir xalqın mədəniyyətini dünyada həm də onun dövlətinin diplomatiyası həyata keçirir. Deməli, diplomatiya tanıtım vasitəsidir. Xalqın həyata keçirdiyi diplomatiyanın məzmunu ilə həmin xalqın xarakterini müəyyən etmək olar.

Diplomatiya bir elm obyekti kimi, öyrənmə sahəsi olaraq beynəlxalq münasibətlərə aiddir. Beynəlxalq münasibətlər dövlətlərin xarici siyasət fəaliyyətləri olduğundan diplomatiya da dövlətə aiddir. Bu baxımdan bir siyasət fəaliyyəti kimi diplomatiyanı politologiya öyrənir. Beynəlxalq hüquq da hüquqşünaslıqla yanaşı, poltologiya elminin tərkibində öyrənilir.

Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dunyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir.

Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir:

• 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya;

• 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsi ilə tanınma.

Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi «Xalqlar hüququ» adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.

Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır :

“Diplomatiya sözün geniş mənasında dövlətin xarici əlaqələri haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi və sənətidir.”

Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xüsusiyyətlər də əlavə edir. Məsələn : İngilis diplomatı E.Satau diplomatiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi münasibətlərin aparılmasına ağlın və taktın (taktiki gedişlərin) tətbiqi kimi müəyyən edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, söz nə xarici siyasəti, nə də beynəlxalq hüququ deyil, yalnız danışıqlar məharətini ifadə etməlidir.

Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur.

Diplomatik lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimi verilir :

“Diplomatiya – həll olunan məsələnin xarakteri­ni və konkret şərtləri nəzərə almaqla tətbiq olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin məcmuusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək üsuludur. İkinci tərifə əsasən diplomatiya-dövlətin xarici siyasətinin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.”

Bir çox yerlərdə diplomatiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndiilir.

Diplomatiya və xarici siyasət anlayışlarını bir-birinən fərqləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və diplomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplomatiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi güc, kəşfiyyat, xarici siyasi təbliğat və s. Lakin diplomatiyadan fərqli olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd və vəzifələrə sahib olurlar.

Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kursudur. O dövlətin məqsəd və vəzifələrini, onun beynəlxalq münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, istərsə də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını müəyyən edir.

Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda diplomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə xidmət edir.

Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hət hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikrə) mənəvi siyasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşmağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün eynidir, lakin məlumdur ki, “hər kəs üçün ümumi olan diplomatiya mövcud deyil”. Hər dözvlətin özünəməxsus diplomatiyası vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya məharətindən asılıdır.

Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qadağan olunduğu müasir dövrdə xrici siyasətin həyata keçirilməsinin əsas vasitəsidir.

K.K.Sandrovskiy diplomatiyanın bir sıra spesifik cəhətlərini ayırır. Bunlara aiddir :

– Beynəlxalq işlərdə dövlətin fəaliyyətinin rəsmi xarakteri;

– Diplomatik fəaliyyətin dövlətin istənilən orqanları vasitəsilə deyil, yalnız və yalnız bu məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsilə həyata keçirilməsi;

– Diplomatiyanın bütün hallarda, yalnız dinc vasitələrlə həyata keçirilməsi.

Xarici siyasəti həyata keçirmək üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o, mühüm və müəyyənedici cəhətdir.

Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli diplomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr çərçivəsində bir neçə dövlət dövlətlər qrupu tərəfindən həyata keçirilir və çoxtərəfli əsasda dövlətin danışıqları, məşvərətləri ilə müşayiət olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) və digər beynəlxalq təşkilatların yaradılması ilə çoxtərəfli diplomatiya da böyük əhəmiyyət kəsb etməyə başlayır. Onun özünəməxsus xüsusiyyətləri vardır:

– İştirakçıların razılaşdırdığı xüsusi proseduralar əsasında həyata keçirilir;

– İştirakçıların mövqeyi fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazırlanır;

– Qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyyə xarakteri daşıyan hüquqi aktlar formasında qəbul edilir.

Diplomatiya sahəsi çox genişdir və onun izahını bir məqalədə vermək mümkün deyil. Amma yekunda bu yazını Birləşmiş Ştatların 1842-1914-cü illərdə yaşamış diplomatı Ambros Biers`in (Ambroce Bierce) aşağıdakı sətirləri ilə yekunlaşdırmaq istəyirəm :

“İnsanın öz vətəni üçün yalan deməsi bir sənətdir. Buna DİPLOMATİYA deyilir.”

Elə bəlkə də günümüzdə dövlətlərin çoxunun diplomatiyasının sirri bu sətirlərdə gizlidir. (6.s.124)

Diplomatiyanın tarixi beynəlxalq münasibətlərdə sülh tarixini özündə ehtiva edir. Bu baxımdan da bu elm obyekti tarixşünaslıq tərəfindən də öyrənilir. Diplomatiya həm də fəlsəfi məzmundur. Burada etika və estetika, dövlət maraqları, diplomata beynəlxalq səviyyədə hörmət olunması kimi məsələlər bu sahənin fəlsəfi məzmununu yaradır.

Diplomatiya sahəsi özündə diplomatik vəzifələri (səfir, elçi, konsul, müşavir, katib, attaşe) və diplomatik rütbələri əks etdirən bir strukturdur. Diplomatiya özündə protokol qaydalarını (nümayəndələrin qəbulu və yola salınması qaydaları), diplomatik korpusun (təyinat ölkədə xarici ölkələrin diplomatlarının məcmusu) əsaslarını müəyyən edir.

Hər bir anlayış kimi diplomatiyanın da tərifi mövcuddur. Diplomatiyanın tərifi onun konsepsiyasından, əhatəliliyindən və strateji və taktiki məzmunundan formalaşır.

Diplomatiya bir dövlətin daxili qurumları (hakimiyyət qolları və onların aparatları) ilə digər dövlətin daxili qurumları arasında əlaqələrin imkanlarını öyrənən və öz dövlətinə məlumat verən bir vasitədir. Dövlətin təyinat ölkəyə qarşı siyasətinin konturlarının müəyyən olunmasında diplomatiya müəyyən təkliflərlə çıxış edir;

– Diplomatiya (burada xarici siyasətdə iştirak edən və onu ümumiləşdirən, koordinasiya edən qurumlar) dövlətin xarici siyasətini sistemli olaraq həyata keçirən bir akt sahəsidir;

– Diplomatiya səlahiyyətli, fövqəladə statuslu, vəzifəli, öhdəlikli olmaqla, immunitet (şəxsi toxunulmazlıq, əmlak və əşyaların toxunulmazlığı, diplomatik poçtun toxunulmazlığı) və imtiyaz imkanlarına malik olan siyasət sahəsidir;

– Diplomatiya dövlətin mənafeyini qoruyan və onun maraqlarını beynəlxalq aləmdə, başqa dövlətlərdə və təşkilatlarda müdafiə edən siyasət vasitəsidir;

– Diplomatiya öz dövlətinin və təşkilatın elementlərini özündə cəmləşdirməklə, beynəlxalq aləmdə hərəkət edən və dövlətin və xalqın xaraktertik xüsusiyyətlərini özündə daşıyan bir vasitədir;

– Diplomatiya dövlətin başqa dövlətlərdə əmlakını müdafiə edən, qoruyan və mülki məsələləri tənzim edən bir fəaliyyət sahəsidir;

– Diplomatiya milli maraqları beynəlxalq hüquq əsasında digər milli maraqlarla sintez edən fəaliyyət sahəsidir;

– Diplomatiya göndərən və təyinat ölkədə siyasi prosesləri analiz edən və proseslər arasında uyğunluğu öyrənən və proseslər axarına təsir edən proseslər barədə ölkəsinə təkilf verən siyasət fəaliyyətidir;

– Diplomatiya öz ölkəsinin və xalqının mental dəyərlərini nümayiş etdirən bir mədəniyyət mode­lidir və vasitəsidir;

– Diplomatiya missiyaçılıq məqsədini təmin edən bir vasitədir;

– Diplomatiya vasitəçilik funksiyasını yerinə yetirən bir vasitədir;

– Diplomatiya öz ölkəsi ilə təyinat ölkədə fəaliyyət göstərən diplomatik qurumlarla əlaqələndirən bir vasitədir. Diplomatik korpus daxilində diplomatiya öz ölkəsinin maraqlarını genişləndirir və müdafiə edir.

Azərbaycan diplomatiyasının tarixi onun dövlətçilik tarixinin tərkib hissəsidir. Qədim zamanlardan müasir dövrə qədər Azərbaycanın keçdiyi tarixi yola nəzər salmaqla, diplomatiya tariximizin keçdiyi yolu da canlandırmaq mümkündür. İstifadəçilərə təqdim olunan “Azərbaycan diplomatiyası” elektron nəşri yığcam şəkildə Azərbaycan diplomatiyası tarixinin mühüm mərhələlərini işıqlandırır və eyni zamanda xarici siyasət və diplomatiyaya dair mühüm sənədlərin, zəngin ədəbiyyatın elektron versiyalarını və biblioqrafiyasını oxuculara təqdim edir.

Azərbaycan qədim tarixə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Ön Asiyanın mədəniyyət beşiklərindən sayılan tarixi Azərbaycan ərazilərində ilk dövlətlərin yaranması eramızdan əvvəl IV minilliyin sonlarına təsadüf edir. Aratta (e.ə. III minilliyin birinci yarısı), Lullubi (e.ə. III minilliyin ikinci yarısı), Kuti (e.ə. III minilliyin ikinci yarısı) dövlətləri, bəşər sivilizasiyasında müstəsna yer tutan Manna (e.ə. III-II minilliklər), Şərqin ən qüdrətli imperiyalarından olan Midiya (e.ə. 712-550-ci illər), Saka-Skif çarlığı (e.ə. VII-IV əsrlər) və sonralar Atropatena (e.ə. 323-b.e. 224-cü illər) dövlətləri milli dövlətçilik və diplomatiya tariximizin ən qədim səhifələrindən sayılır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, antik ədəbiyyatda Atropatena dövlətinin çevik xarici siyasəti, diplomatik məharəti haqqında zəngin faktlara rast gəlinir. Minilliklər boyu davam etmiş təcrübənin, ibrət dərslərinin nəticəsidir ki, XV əsrin sonlarından etibarən

mərkəzləşdirilmiş milli dövlət quruculuğuna başlanılmış, bu tarixi irs nəsildən-nəslə ötürülərək, ağır mübarizə illərindən, işğal, tarixi torpaqların parçalanması mərhələlərindən keçərək 1918-1920-ci illərdə milli dövlətçiliyimizin bərpasına və üçrəngli bayrağımızın Azərbaycan üzərində dalğalanmasına səbəb olmuşdur.

Yazılı tarixi mənbələrin məlumatına görə, eramızdan əvvəl IV-III əsrlərdə təşəkkül tapan və eramızın VIII əsrində Ərəb xilafətinin hərbi yürüşləri nəticəsində süquta uğrayan Qafqaz Albaniyasının əraziləri müasir Azərbaycan və Ermənistan respublikalarını, Cənubi Dağıstanı və Gürcüstanın bir hissəsini əhatə etmişdir. Qəbələ və Bərdə şəhərləri müxtəlif dövrlərdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Eramızdan əvvəl VII əsrin əvvəlindən etibarən kimmerlərin, saka-skiflərin Azərbaycan ərazisində məskunlaşması, onların hakimiyyət sistemi və idarəçilik ənənələri burada yeni dövlətin meydana gəlməsinə əlverişli zəmin yaratmışdı. Regionun qədim və qüdrətli mədəniyyət mərkəzlərindən olan Qafqaz Albaniyası dünya tarixinə, eləcə də Azərbaycan dövlətçiliyi tarixinə böyük şəxsiyyətlərdən birini — Cavanşir kimi müdrik hökmdarı, görkəmli dövlət xadimini, sərkərdə və mahir diplomatı bəxş etmişdir. Cavanşirin xarici siyasət fəaliyyəti diplomatiya tariximizin parlaq səhifələrindəndir. Onun hakimiyyəti dövründə (637-681) Qafqaz Albaniyası iqtisadi-siyasi baxımdan güclənərək bütövlükdə Şərqin aparıcı dövlətlərindən birinə çevrilmişdi. Xristian dini Qafqaz Albaniyasında mövqelərini möhkəmləndirəndən sonra isə Qəbələ, Şəki, Kambisena vilayətləri eyni zamanda dini ərazi vahidləri  yerli yepiskopluqlar olmuşlar. Tədqiqatlara əsasən, alban tayfa konfederasiyasında ən çoxsaylı və dominant etnik qrup məhz albanlar olmuşlar. Burada onlarla yanaşı abant, aran, quqar, qarqar, kəmər, sak, şarvan, şamak, şirak, dondar, kanqar, tərtər, macar, bulqar kimi digər türk tayfaları da yaşamışlar. Bu baxımdan “Albaniya”, “alban” toponiminin türk mənşəli etnonim, tayfa və ya tayfa birləşməsinin adı ilə əlaqələndirilməsi daha doğrudur. Qədim salnamələrdə Qafqaz Albaniyasının polietnik mənzərəsindən bəhs edilərkən burada türkdilli, irandilli və qafqazdilli 26 tayfa və tayfa birləşməsinin yaşadığı bildirilir. Onların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar.Qafqaz Albaniyası, müasir terminologiya ilə desək, multikultural — özünəməxsus etnik və dini müxtəlifliyi

ilə seçilən, lakin bu rəngarəngliyi alban tayfa ittifaqının vahid etnomədəni məkanı ətrafında birləşdirən dövlət idi. Bu baxımdan müasir Azərbaycan Respublikasında multikulturalizm siyasətinin tarixi mənbələri və tolerantlıq prinsiplərinin kökləri Qafqaz Albaniyasının qədim ənənələrindən, etik-mənəvi dəyərlərindən də bəhrələnir. 705-ci ildə Qafqaz Albaniyasının bir dövlət kimi süqutu, onun VII-IX əsrlərdə Ərəb xilafətinin tərkibinədaxil edilməsi Alban həvari kilsəsinin müstəqilliyinə ciddi təsir göstərmiş və tədricən zəiflətmiş, nəhayət, ermənilərin onun irsinə sahib çıxmalarına fürsət yaranmışdır. Nəhayət, 1836-cı ildə Rusiya imperiyası onun fəaliyyətini tamamilə dayandıraraq, erməni-qriqorian kilsəsinin tabeliyinə vermiş, bununla da xristian albanların qriqorianlaşdırılmasına və zorən erməniləşdirilməsinə əlverişli şərait yaradılmışdı. Nəticədə tarixi saxtalaşdıran

ermənilərin Azərbaycana ərazi iddialarına, maddi mədəni və qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsinə münbit şərait yaradılmışdı. Yalnız Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra, 2003-cü ildə Alban həvari kilsəsi bərpa edilərək yenidən fəaliyyətə başlamışdırOrta əsrlərdə də Azərbaycanın beynəlxalq münasibətlər sistemində dinamika, gərginlik müşahidə

edilmişdir. Həmin dövrdə Azərbaycan dövlətləri regional siyasi və hərbi-siyasi proseslərdə iştirak etmiş, bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışlar. Bu dövrdə obyektiv və subyektiv səbəblər üzündən Avropa dövlətləri ilə əlaqələr xarici siyasətin əsas istiqamətlərindən biri hesab olunurdu. XV-XVII əsrlərdəŞirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin diplomatik əlaqələri və siyasi ənənələri, özünəməxsus xüsusiyyətləri və ənənəvi hüquq normaları Yaxın və Orta Şərqin siyasi-iqtisadi münasibətlər sisteminin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycanın xarici siyasət ənənələrinin inkişafı tarixində orta əsr Ağqoyunlu dövləti müstəsna yer tutmaqdadır. Tarixşünaslıqda “Uzun Həsən» kimi təqdim edilən Həsən xan Bayandurun (1453-1478) hakimiyyətdə olduğu illərdə Azərbaycan təkcə Şərq dövlətləri ilə deyil, bir sıra Avropa ölkələri — Venesiya, Neapol, Roma papalığı, Polşa, Almaniya, İngiltərə, Avstriya, Macarıstan, Burqundiya hersoqluğu, Moskva knyazlığı, Trabzon, Kipr və s. kiçik və böyük dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Xarici ölkələrdəAğqoyunlu xanədanının 30-dan çox elçiliyi yaradılmış, Həsən xanın sarayında isə əcnəbi diplomatik nümayəndələr fəaliyyət göstərmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Şərq dünyasının ilk diplomat qadını da azərbaycanlı Sara xatun — Həsən xanın anası olmuşdur. O, xaricidövlətlərlə aparılan danışıqlarda siyasi məharətini və müdrikliyini dəfələrlə nümayiş etdirmişdir. Ağqoyunlu dövlətinin idarə olunmasında fəal iştirak edən Sara xatun xarici ölkələrin ayrı- ayrı dövlət xadimləri, o cümlədən Teymurilərin hökmdarı Əbu Səid, Osmanlı sultanı II Mehmet kimi dövlət başçıları ilə diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin maraqlarını uğurla müdafiə etmişdir. Təsadüfi deyildir ki, Həsən xan Bayandur xarici siyasətlə bağlı olan mürəkkəb məsələlərin həllini məhz ona həvalə edirdi. Yeri gəlmişkən, Avropa dövlətlərinin başçıları da Sara xatunu yaxşı tanıyır, Ağqoyunlu sarayına göndərilən diplomatlarına vacib şərtlərdən biri kimi onunla görüşməyi, məsləhətləşməyi Tapşırırdılar Tarixi Azərbaycan ərazilərində mövcud olmuş dövlətlərin sırasında Səfəvilər xanədanının diplomatik əlaqələri müasir beynəlxalq münasibətlər baxımından da ciddi maraq doğuran tədqiqat obyektidir və xüsusi əhəmiyyət kəsb edir. Onun banisi — Şah İsmayıl Xətai (1501-1524) Azərbaycan tarixinin və dövlətçiliyinin, ədəbiyyatının və fəlsəfi düşüncəsinin müstəsna simalarından biri olmaqla yanaşı, tarixdə görkəmli strateq, mahir ideoloq və diplomat kimi də qalmışdır. Ağqoyunluların xarici siyasət ənənələrini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərəvə Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlayır, Şərqlə Qərb arasında əlaqələrin qurulmasında mühüm rol oynamaqda davam edirdi. Məhz Şah İsmayılla Qərb arasında yaranmış sıx siyasi təmaslar sayəsində Avropadan Təbrizə ticarət missiyaları gəlməyə və burada daimi nümayəndəliklər açılmağa başlamışdı. O, diplomatik yolla zəmanəsinin digər qüdrətli siyasi mərkəzi — Hindistandakı Böyük Moğollar imperiyası ilə də kifayət qədər möhkəm dostluq

əlaqələri yaratmışdı. Şah İsmayılın milli dövlətçilik tarixində misilsiz xidmətlərindən biri Azərbaycan türkcəsini dövlət idarəçiliyinə və diplomatik münasibətlərə gətirməsidir. Belə ki, Səfəvilər sülaləsinin hakimiyyətdə olduğu

dövrlərdə bu dil rəsmi dövlət dili statusunu qoruyub saxlayaraq həm də diplomatiya dili olmuşdur Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar hakimiyyətdə olduğu 1736-1747-ci illərdə keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq

planları baş tutmadı. Nadir şah Əfşarla Rusiya imperatoru Anna İvanovna (1730-1740), Osmanlı sultanı I Mahmud (1730-1754), Böyük Moğol imperatoru Məhəmməd şah (1719-1748) arasında diplomatik yazışmalar Azərbaycan diplomatiyasının parlaq səhifələrindəndir. Nadir şah milli vəhdətə nail olmağı bacarmış, döyüş meydanında və diplomatiya sahəsində atdığı qətiyyətli addımlar hesabına doğma xalqını parçalanmaqdan, əsarət və təhdidlərdən xilas etməyə müvəffəq olmuşdu. Nadir şahın ölümündən sonra tarixi Azərbaycan torpaqlarının bütövlüyü pozulsa da, dövlətçilik ənənələri ayrı-ayrı xanlıqlar timsalında Rusiya çarizminin işğalına qədər davam etməkdə idi. Xanlıqların heç biri öz xarici siyasətində tam müstəqil və qətiyyətli addım atmağa qadir deyildi. Hər bir xanlıq ayrı-ayrılıqda özünə Osmanlı dövlətinin, yaxud Rusiyanın nümunəsində himayədar axtarır, müstəqilliyini qorumaq üçün xarici siyasətini həmin dövrün böyük dövlətlərinin maraqlarına uyğunlaşdırmağa çalışırdı. Müəyyən məqamlarda Şəki xanı Hacı Çələbinin (1747-1755), Quba hakimi Fətəli xanın (1758-1789), Ağa Məhəmməd şah Qacarın (1741-1797), Abbas Mirzə Qacarın (1788-1833) Azərbaycan xanlıqlarını birləşdirmək cəhdləri özünü göstərsə də, onların da həmin cəhdləri bir səmərə verməmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Quba xanlığı ilə Rusiya arasında 1782-ci il müqaviləsi ticarət əlaqələrinə həsr edilmişdi. Azərbaycanın Çar-Balakən camaatlığı (1803) və Gəncə xanlığının işğalından (1804) sonra 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığının bütövlüyünün saxlanması şərti ilə Kürəkçay müqaviləsi imzalanmışdı. Qarabağ xanı İbrahimxəlil xanla imzalanan Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 22 may 1805-ci il Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 25dekabr 1805-ci il müqavilələri üçün əsas olmuşduNəhayət, Rusiya ilə Qacarlar dövləti arasında Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələrinin imzalanması ilə Azərbaycan xanlıqlarının süqutu başa çatdırıldı. Azərbaycanın tarixi ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və parçalanması, ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi regionun etnik mənzərəsinin süni şəkildə dəyişdirilməsi ilə nəticələndi. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldilər. 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi (parlament) yaradıldı. Seymdə Müsəlman Fraksiyasını 44 deputat təmsil edirdi. 1918-ci il aprelin 9-da

Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin dağılmasına səbəb oldu. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycan Milli Şurası yaradıldı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclasında Azərbaycanın Xalq Cümhuriyyəti elan edildi. Cəmi 23 ay fəaliyyət göstərmiş cümhuriyyətin İstiqlal bəyannaməsində elan olunduğu kimi, hökumətin xarici siyasət strategiyasının əsasını onun “beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və

dövlətlərlə dostluq əlaqələrinin qurulması” prinsipi təşkil edirdi. Cümhuriyyətin qurucuları Azərbaycanın xarici siyasət tarixinin şərəfli səhifələrini yazdılar. Bu dövrdə xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi üçün xüsusi dövlət strukturunun yaradılmasına böyük zərurət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti  yarandığı ilk gündən Xarici İşlər Nazirliyini təsis etmiş, müxtəlif vaxtlarda Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov bu quruma başçılıq etmişdilər. Azərbaycan Xalq

Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər çalışmışdır. Həmin dövrdə Xarici İşlər Nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın dövlət müstəqilliyinin Avropada tanınması və qonşu dövlətlərləmünasibətlərin tənzimlənməsi idi. Azərbaycan diplomatları 1920-ci il yanvar ayının 11-də keçirilmiş Paris sülh konfransında iştirak etməklə bu istiqamətdə olduqca əhəmiyyətli uğura imza atmışdılar. Belə ki, 1920-ci il yanvarın 11-də Versal Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmış, ona şuradahökumət başçıları səviyyəsində keçirilən iclaslarda iştirak etmək, danışıqlar aparmaq imkanları verilmişdi. 1920-ci ildə Bakıda 16 ölkənin, o cümlədən Böyük Britaniyanın, Belçikanın, Yunanıstanın, Danimarkanın, Litvanın, ABŞ-ın, Finlandiyanın, İsveçrənin və digər dövlətlərin diplomatik korpusları fəaliyyətə başlamışdı. Azərbaycanın isə Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan və digər ölkələrdə rəsmi nümayəndəlikləri açılmışdı. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi-siyasi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış, milli dövlətçilik salnaməsində təqribən 70 illik növbəti fasilə yaranmışdır.1920-ci ilin aprelində Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süquta uğradılması, və onun yerində Azərbaycan SSR-in yaradılması milli diplomatiya tarixində Azərbaycan xalqının tarixi ərazilərin itirildiyi dövr kimi qiymətləndirilir.Sovet hakimiyyətinin birinci iki ilində respublika hökumətinin tərkibində Xarici İşlər Komissarlığı fəaliyyət göstərmişdir. 1921-ci ilin oktyabrında Azərbaycan SSR-in Türkiyədə səfirliyi, bir qədər sonra isə Qarsda konsulluğu fəaliyyətə başlamışdır. Səfir İbrahim Əbilov Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində mühüm xidmətlər göstərmişdir. Lakin Azərbaycan Xarici İşlər Komissarlığının fəaliyyəti getdikcə məhdudlaşdırılmış, bir sıra məqamlarda formal xarakter daşımış, onun fəaliyyəti tədricən Moskvanın tam nəzarətinə keçmişdiAzərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra onun beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi başlandı. Azərbaycan Respublikası 8 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 30 yanvar 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 2 mart 1992-ci ildə BMTyə üzv qəbul edildi. 4 aprel 1992-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edildi.

İlk olaraq, 14 yanvar 1992-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr quruldu. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə təsdiq edilmişdir.1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən etibarən Azərbaycan Respublikası müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, cümlədən, dövlətlərin suverenliyi vəərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Kompleks vəçoxşaxəli xarakter daşıyan Azərbaycan diplomatiyasının başlıca prioritetlərindən biri müasir mərhələdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlmişdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Respublikasının Prezidentinin 31 oktyabr 2005-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılmışdır. İdarənin yaradılmasının məqsədi Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin, Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini, Naxçıvanda fəaliyyət göstərən xarici dövlətlərin konsulluqları, beynəlxalq təşkilatların nümayəndəlikləri ilə qarşılıqlı əlaqələrin nizamlanmasını, həmçinin muxtar respublikanın iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələrinin genişlənməsini təmin etməkdən ibarətdir. Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Hazırda ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın xarici siyasət kursunu həyata keçirən 1000-ə yaşın peşəkar diplomat korpusu fəaliyyət göstərir. Bütün nailiyyətlərimiz dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlıdır. Xarici təcavüz amilinin mövcudluğuna baxmayaraq, Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, balanslı və çoxşaxəli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və əhəmiyyətinin davamlı olaraq gücləndirilməsi uğurlar sırasında göstərilə bilər. Azərbaycan xarici əlaqələrin və tərəfdaşlığın təşviqi vasitəsilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərhüquqlu əsasda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirərək, milli tərəqqinin tələbatlarını qarşılamaq yolunu məqsədli şəkildə davam etdirir. Beləliklə, bütün qonşu dövlətlərlə, təbii ki, hamıya məlum səbəblərə görə Ermənistan istisna olmaqla, müxtəlif müstəvilərdə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəhlizləri çərçivəsində logistik layihələrin həyata keçirilməsi üçün öz tranzit imkanlarını təqdim edir. Ölkəmizin zəngin enerji potensialının gerçəkləşməsi davam edir, burada uzun illər böyük mənfəət gətirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə yanaşı, Cənub Qaz Dəhlizi çərçivəsində işlər sürətlə tamamlanır. Azərbaycan Xəzəryanı ölkələrin dialoqunda fəal iştirak edir və bu, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına gətirib çıxararaq Xəzərin sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi üçün şərait yaradıb. Bu yolla toplanılan daxili potensial davamlı olaraq Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda və təşəbbüslərdə uğurlarına çevrilir. Beləliklə, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmiz 2017-2019-cu illər üçün 176 səs «lehinə” olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilir. 2019-cu ildən etibarən, Azərbaycan 2011-ci ildə üzv olduğu və BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatında sədrlik vəzifəsini icra edəcəkdir. Təşkilatın nisbətən yeni bir üzvünün onu idarə etməyə hazırlaşması faktı özü-özlüyündə əlamətdar haldır. Avropa İttifaqı ilə əməkdaşlığın irəli aparılmasında əldə edilən mühüm tərəqqi ilə yanaşı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı ilə də qarşılıqlı təmasların davamlı inkişafı, milli maraqlarımızı təmsil və müdafiə etmək üçün əlverişli şərait yaradır. Eyni zamanda, rəsmi Bakı üzvü olduğu beynəlxalq strukturlar çərçivəsində aparılan əməkdaşlıqda çox fəal iştirak edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB, GUAM, Avropa Şurası və QDİƏT bu çoxtərəfli formatlardan yalnız bəziləri qismində qeyd oluna bilər.

Bildiyiniz kimi, erməni millətçiləri Qafqazın sovetləşdirilməsindən sonra da Azərbaycanın ərazilərini parçalamaq cəhdlərindən imtina etməyiblər. Lakin, onların hamısı uğursuzluğa düçar oldu. Bölgədə sülh və əmin-amanlıq yeganə mümkün olan formada – Qarabağın, o cümlədən onun dağlıq və aran hissələrinin Azərbaycanın tərkibində saxlanılması şəklində bərqərar olundu. Bölgənin dağlıq hissəsindəki erməni əhalisi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) çərçivəsində geniş muxtariyyətin təqdim etdiyi bütün imkanlardan istifadə edirdi. Yeri gəlmişkən, ümumi yaşayış səviyyəsi və adambaşına düşən əsas göstəricilər baxımından DQMV Azərbaycan SSR və ümumiyyətlə, Sovet İttifaqı üzrə orta səviyyəni xeyli üstələyirdi. Bütün bunlara baxmayaraq, 1980-ci illərin sonlarında erməni millətçiləri sonradan silahlı təcavüzə çevrilən, öz ərazi iddialarını həyata keçirmək kampaniyasına yenidən başladılar.

Azərbaycan Respublikasının ərazilərini ələ keçirmək üçün qanunsuz gücdən istifadə edilməsi kütləvi etnik təmizləmələr, beynəlxalq humanitar hüquq pozuntuları, o cümlədən Xocalı soyqırımı aktı ilə müşayiət olunub. Yəni XX əsrin əvvəllərində olduğu kimi, eyni dəst-xətt göz qabağındadır.

Hazırkı vəziyyətdə Ermənistan Respublikası tərəfindən hərbi təcavüzün nəticələrinin aradan qaldırılması beynəlxalq ictimaiyyətin məsul üzvü olan Azərbaycan Respublikasının dinc şəkildə substantiv və nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həll etməyə çalışdığı başlıca və ən mühüm problemdir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etdi və orada birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiqlədi, təcavüzü və ölkəmizin ərazilərinin zəbt olunmasını qınayaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.

Uzun illərdir ki, Ermənistan Respublikası hər vəchlə münaqişənin həlli prosesini əngəlləməyə çalışaraq, güc və güclə hədələməni tətbiq etməmək, beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, dövlət sərhədlərinin toxunulmazlığına və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi beynəlxalq öhdəliklərindən yayınır. Buna baxmayaraq, belə davranış xətti bu ölkəni elə bir dalana salıb ki, oradan çıxış yalnız qonşularla münasibətlərin normallaşdırılması və ilhaq niyyətlərindən əl çəkilməsi yolu ilə mümkündür.

Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hal-hazırda etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmizin xarici siyasi uğurları, əlbəttə ki, qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.

Xarici siyasət prioritetlərinin sırasına, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi daxildir. Bundan başqa, prioritetlərə, həmçinin Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsinin davam etdirilməsi, habelə dövlətlər, onların birləşmələri və beynəlxalq təşkilatlar daxil olmaqla bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi aiddir.

Azərbaycanın beynəlxalq əlaqələr sistemində yeri və rolu barədə danışarkən, qeyd etmək lazımdır ki, son illər ərzində Bakı mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoq dəyərlərini təşviq edən aparıcı platformalardan biri kimi bərqərarlaşıb. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı prosesi qlobal səviyyədə humanizmin ən yüksək dəyərlərini təbliğ etmək üçün təsirli amil olmuşdur.

Böyük qətiyyətlə qeyd etmək olar ki, bu gün Azərbaycan diplomatiyası keçdiyi bir əsrlik keşməkeşli yoluna ləyaqətlə nəzər sala və Prezident İlham Əliyevin 2018-ci ildə Qlobal Bakı Forumunda söylədiyi sözlərini təkrarlaya bilər: «Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir

Azərbaycan ərazilərinin işğal dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazandı. Erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada da sıxışdırmağa nail oldu. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırdılar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmırdı. Odur ki, Ermənistan rəhbərliyi, şovinist rejimi bir tərəfdən, dünya ictimaiyyətinin, ATƏT-in Minsk qrupunun problemin köklü həlli ilə bağlı ona ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərirdi. Digər tərəfdənsə, vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı digər yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışırdı. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi olmadı və ola da bilməzdi. Azərbaycan bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail oldu.

Ermənistanın acınacaqlı duruma düşməyinin digər səbəbi hökumətin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını açıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Bu gün artıq hamı bilir ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yox idi. Buna görə də Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsində çabalayırdı. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tuturdu. Ermənistanın rəsmi orqanları da etiraf edirdilər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalırdı. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışırdı. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşmürdü ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq.

Dünyanın, eyni zamanda, nüfuzlu beyin mərkəzlərinin birmənalı qəbul etdiyi bugünkü reallıq budur ki, xalqın birliyi və əzmi, Ali Baş Komandanın cəsarətli qərarları ilə Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Prezident cənab İlham Əliyev daim prinsipiallıq, yenilməz iradə nümayiş etdirib. Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Qətiyyət, böyük diplomatik məharət nəticəsində tarixi zəfər əldə olunub. Məhz uzun illər həyata keçirilən düşünülmüş xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Dövlətimizin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldilib. Eyni zamanda, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradılıb. Ermənistan bütün regional layihələrdən təcrid olunub. İşğal faktına görə bütün zəruri, öz ölkəsi və xalqı üçün gərəkli layihələr Ermənistandan yan keçib. İndiyə qədər Ermənistanda hakimiyyətdə olan qüvvələrin qeyri-sağlam addımları bugünkü reallığı şərtləndirib. İndi regionda yeni reallıq yaranıb. Artıq bu regionun söz sahibi Azərbaycandır.

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirən, belə mühüm polemikaya ölkəmizin də ehtiyacı olduğunu vurğulayan dövlət başçısı bildirib ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik: “Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”.

Nəticə:

Qeyd edək ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edirdi. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirdilər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt yaratdı. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqda idi. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməklə, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olurdu. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətə düşmüşdü və bu dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmamışdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub”.

Dövlət başçısının da bəyan etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır

Azərbaycan dövləti güclü iqtisad və hərbi gücə malik olsada hər zaman regionda və dünyada sülhün təmin edilməsində maraqlı olan tərəfdir. Bü günki beynəlxalq aləm Türkiyə-Azərbaycan Qardaşlarının yeritdiyi ədalətli xarici siyasətlə hesablaşmaq zorundadır. Uzatdığımız barış əlimizi sıxmayanların,uzanan şər əllərini dünyada sülhün və İlahi ədalətin bərpası naminə kəsəcəyik!!! Ağdərə-Xankəndi-İrəvan-Təbriz Azərbaycandır .      «GÜNƏŞDƏN RƏNG ALAN BİR SAF QANIM VAR. MƏNİMDƏ YURDUM VAR,QƏHRƏMANIM VAR

Ədəbiyyat siyahısı

  1. Elşən Nəsibov “ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası” Bakı, 2006 s.269
  2. . A.N.Abbasbəyli “Müasir beynəlxalq münasibətlər və Qloballaşma” Bakı, 2007 s.268
  3. 4. A.N.Abbasbəyli “Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri” Bakı, 2006 s.409
  4. 5. Avropa Şurası və Azərbaycan, Sülh, təhlükəsizlik və demokratiya naminə. Bakı, 2000 s.196
  5. H.Şirəliyev, Ə.Əhmədov»Politologiya»Bakı1997 s.355-340
  6. S.Qəndilov,M.Qasımov,F.İbişov,M,Quliyev,İ.Məmmədov,X.Məmmədov,B.Abdullayev,R.Aslanov,S.Əhmədova,Ç.Məmmədov»Bakı 1995 S.115-117

Ağdam rayon 95 nömrəli köçkün tam orta məktəbin direktoru Kərim Novruzov

Bu xəbəri paylaşın: