Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına müraciət ünvanlayıb.
Fedai.az-ın xəbərinə görə, müraciətdə dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması ilə bağlı razılıq əldə olunduğu, lakin sülhməramlıların komandanının dekabrın 10-da əldə olunan razılığı kobud şəkildə pozaraq monitorinqin keçirilməsinə maneə yaratdığı və beləliklə, monitorinqin baş tutmadığı bildirilib.(Turkustan)
