Yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi,nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı və mənəvi keyfiyyətilə ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili İşlər orqanlarında kecirən Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik leytenant Məmmədov Nürəddin Mustafa oğlunun dekabr ayının 17-də 72 yaşı tamam olur.
Daimi həyatın bütün sınaqlarından alnıacıq və üzüağ cıxan polkovnik- leytenant Nürəddun Məmmədovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir, həyatda ona, insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib – tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik ki, Nürəddinin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin, hər yeni ili isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli, dostlara, yaxınlara isti münasibətdə olan, Silahlı Qüvvələr və Müharibə veteranı, istefada olan polkovnik- leytenant Nürəddin Məmmədov 1950-cı ilin dekabr ayının 17-də Qubadlı rayonun Hal kəndində zəhmətkeş ailəsində anadan olub.
Nürəddin Mustafa oğlu Məmmədov 1967-ci ildə Qubadlı rayon Hal kənd orta məktəbi,1972-ci ildə Azərbaycan Poltexnik institunu , 1977-ci ildə Leninqrad orta rəis heyəti hazırlayan milis məktəbini, 1990 -cı ildə isə Stavrapol hüqüq universitetini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi ilər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən, komanda – qərargah məşqlərində, metodiki-təlim toplanışlarda, xüsusi-taktiki təlimlərdə, müvaiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Heçkəsi özündən incitməyən, xoş rəftarı və və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Nürəddin Məmmədov 1972-1974-cü llərdə, Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub, 1977- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Stavrapol şəhər milis idarəsində əməliyyatcı, təhqiqatcı və təhqiqat bölmə rəisinin müavini, 1992-1994-cü illərdə isə Azərbaycan Ordusunun hüqüq şöbəsində baş zabit vəzifələrində işləyib.
Nürəddin Məmmədov 1995-2002-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hacqabul, Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalında) hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Şəxsi heyətlə iş şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir .
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Silahlı Qüvvələr və Müharibə veteranı Nürəddin Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Bacarıqlı, təşkilatcı və qayğıkeş insan Nürəddin Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Nürəddin istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, dost-tanış, qohum-əqrəba, qonşu, ünsiyyətdə olduğu həmkarları arasında özünə layiq hörmət qazanmışdır.
Xoş ünsiyyəti və təvazökar ağlı ilə fəriqlənən Mustafa oğlu Nürəddin Məmmədov, Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik-leytenant Nürəddin Məmmədov hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə, SSRİ və Azəbaycan Respubilkası Daxili İşlər Nazirlərinin, Azərbaycan Respubilikas Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, xidmət etdiyi hərbi hissənin komandirlərinin müvafıq əmrləri ilə, bir sıra Medalarla,»Əla xidmətlərə görə” döş, yubiley və idman dərəcəsi nişanı ilə təltif edilib, Fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. NÜRƏDDİN MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev
