Bədxah qurumun dövlət naziri Ruben Vartanyan dekabrın 17-də Ağdərə və Xocavənd rayonlarında görüşlər keçirib.
Vartanyan və müavinləri Azərbaycanın QIZIL mədənlərini talan edən “BASE METALS” şirkətində olub, şirkətin rəhbərliyi və işçiləri ilə görüşüb, onların suallarını cavablandırıblar. O, qeyd edib ki, bu vəziyyətdə İKİ SSENARİ var. -“BİRİNCİSİ, döyüşməkdir. Etiraf etməliyik ki, 9 noyabrdan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. İndi ciddi informasiya müharibəsi gedir, bütün dünyanı inandırmaq istəyirlər ki, burada ekoloji problem var, reallıq isə blokadadır, humanitar böhrandır. Bu müharibədə qalib gəlmək üçün biz həmrəy olmalıyıq və müttəfiqlərimizə güclü olduğumuzu hiss etdirmək üçün əlimizdən gələni etməliyik. “Mən zəifəm, balacayam, gəl mənə kömək et” deyəndə deyil, yalnız hər şeyi özünüz etdikdə kömək ümid edə bilərsiniz, Ruben Vardtanyan vurğulayıb.
-İKİNCİ ssenari — «Azərbaycanın arzuladığı variant bizim buradan getməyimizdir ki, bu da qəbuledilməzdir. Biz buna heç vaxt imkan verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə onunla qarşılaşmağı bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz Artsaxda qurmaq üçün gəlmişəm” — deyə bədxah dövlət naziri bildirib.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru