Ukraynada ölən uşaqların sayı açıqlanıb

Rus qoşunlarının Ukraynada  öldürülən uşaqların sayı açıqlanıb. Bu barədə Ukrayna Baş prokurorluğunun Telegram kanalında qeyd  olunub.

Məlumata görə, müharibə başlayandan bu günə kimi 450 uşaq öldürüb, 864 uşağı yaralayıb.

«Rusiyanın hücumu nəticəsində Ukraynada 1314-dən çox uşaq xəsarət alıb. 450 azyaşlı qətlə yetirilib, 864 nəfəri isə xəsarət alıb», — prokurorluqdan bildirilib.

BMT-nin məlumatına görə, ölkədəki 8 milyon uşağın üçdə ikisi öz evini tərk etmək məcburiyyətində qalıb.

Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 301 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı bir neçə dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər. //anews.az/

Bu xəbəri paylaşın: