Aksiyanın QHT-lərin imicinin, nüfuzunun artmasında rolu

Rzaquliyev Füzuli,
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri.

Azərbaycan Respublikasında ictimai həyatın müasirləşməsi, sosial rifahın artması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və əsas azadlıqlarının qorunması, onun harmonik və sabit inkişafını sürətləndirmişdir.

Bununla yanaşı, həm də bu sahədə mövcud olan beynəlxalq təcrübələr də diqqətlə öyrənilərək ölkəmizdə tətbiq edilməkdədir. Bu gün respublikamızda vətəndaş cəmiyyətinin inkişafında və onun davamlılığında ictimai qurumların, o cümlədən QHT-lərin rolu inkar edilə bilməz. Modern dünyada hər bir ölkənin vətəndaş cəmiyyətində mövcud olan istənilən sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini izləmək mümkündür. Təsadüfi deyil ki, bəzi dövlətlər cəmiyyətdəki sosial problemlərin QHT-lərin vasitəsi, bir çox hallarda isə birbaşa iştirakı ilə həll etməyin vacibliyini önə çəkilir. Məhz bu səbəbdəndir ki, bir çox sosial göstəricilər və beynəlxalq indekslərdə dövlətin güclü olması həm də vətəndaş cəmiyyəti institutlarının azad, səmərəli və şəffaf fəaliyyətinin təmin edilməsi ilə şərtlənir. Ölkəmizdə də bu istiqamətdə bir sıra mühüm addımlar atılır. Azərbaycan dövləti QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, onlara vətəndaşları birləşdirən kütləvi təşkilatlar kimi baxır. Çünki sağlam vətəndaş cəmiyyətinin formalaşması dayanıqlı sabitliyin əldə edilməsi, vətəndaşların təhlükəsizliyinin, sosial ədalətin, hüququn aliliyinin təmin olunması deməkdir

Bu gün hüquqi dövlət quruculuğunun başlıca göstəricilərindən olan vətəndaş cəmiyyətinin inkişaf və onun dəstəklənməsi cəmiyyətin vəzifələrindən biri kimi çıxış edərək ayrıca social institut formalaşdırmışdır.

Bunlarla yanaşı bu gün QHT-lərin daha da inkişaf etdirilməsi üçün aşağıdakı vəzifələrin həayat keçirilməsini məqsədəmüvafiq hesab edirik:

  1. televiziyalarla QHT-lər arasında birgə əməkdaşlığın gücləndirilməsi;
  2. Media və QHT-lərin müştərək layihələrdə bərbarə çıxış etmələri üçün dəstəkləyici mühitin yaradılması;
  3. QHT-lərin gördüyü işlərin və fəaliyyətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün dövlət dəstəyinin göstərilməsi;
  4.  Müvafiq nazirliklər və digər dövlət və hökumət orqanları ilə QHT-lər arasında fasiləsiz və çevik rabitənin qurulması üçün əlaqələndirici struktur bölmənin təsis edilməsi;
  5. QHT-lərin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində fəaliyyətinə dəstək olmaq üçün zəruri tədbirlərin görülməsi və s.

Əlavə etmək lazımdır ki, hüquqi dövlət anlayışının başlıca tərkib hissələrindən hesab edilən vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan Respublikasında mühüm tarixi inkişaf yolu keçmişdir. Hazırda ictimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və vəzifələr cəmiyyətin sosial sifarişi əsasında formalaşmaqdadır ki, bu da dövlət tərəfndən dəstəklənir və tənzimlənir.

13 iyun 2000-ci ildə Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun QHT-lərlə bağlı bir çox məsələlərin tənzimlənməsində mühüm rol oynamışdır. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaratmaqla QHT-lərin dayanıqlı inkişafına yeni töhfə vermiş oldu.

Məhz bunların nəticəsidir ki, bu gün Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin tam formalaşmasına şərait yaradan hüquqi baza yaradılmışdır və maneəsiz şəkildə tam açıq və şəffaf fəaliyyət göstərir. Bu gün biz QHT-lər tərəfindən şahidi oluruq ki, vətəndaş təşəbbüslərinin tam dəstəkləndiyinin şahidi oluruq, onlar artıq ölkənin təhsil, ictimai, sosail, iqtisadi və siyasi həyatının ayrılmaz tərkib hissələri kimi çıxış edirlər. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz aksiyalarının təşəbbüsü yxuarıda qeyd olunanlara ən gözəl nümunədir.

Bu xəbəri paylaşın: