İnsan ücün yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.
Daxili İşlər Orqanlarında və Azərbaycan Ordusunda öz dəati – xətti olan, peşəkarlığı, hümanistliyi, sadəliyi və vətənpərvərliyi ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Masalı rayon şöbəsinin sədri müharibə veteranı istefada olan, mayor Şahabbas Sərdar oğlu Qəhramanovun dekabr ayının 24 — də 68 yaşı tam olur.
Daimi həyatın bütün snaqlarından alnıaçıq və üzüağ cıxan müharibə veteranı istefada olan, mayor Şahabbas Sərdar oğlu Qəhrəmanovu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (Avmvib) rəbərliyi, səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömür arzulayır.

Arzu edirk, muharibə veteranı istefada olan mayor Şahabbas Sərdar oğlu Qəhramanovun, yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni yaşı isə ötən illərdən daha gözəl onu istəklərinə uyğun xoşbəxt edəcək şəkildə kecsin.
Mayor Qəhrəmanov Şahabbas Sərdar oğlu 1954 — cü ilin dekabr ayının 24 — də Masallı rayonun Hişkədərə kəndində zəhmətkeş aidə anadan olub .
O,1971 — ci ildə Masallı rayonun Hişkədərə kənd orta məktəbini, 1979 — cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnyus şəhərində yerləşən Xüsusi təyinatlı hüqüq məktəbini bitirib.
İstefada olan mayor Şahabbas Sərdar oğlu Qəhramanov 1973 -1975 — ci illərrdə, Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1975 — 1978 — ci illərdə Neft Daşlarında müvafiq, 1981 — 1990 — ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Komi Vilayətində yerləşən İslah — Əmək Müəssisələrində müxtəlif vəzifələrdə işləyib. 1991 — 2000 -ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində (Beylaqan, Ağcabədi rayonlarında) və Lənkaran rayonda yerləşən hərbi hissələrində taborun qərargah rəisi və tabor komandiri vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə ,əmir sərancam və tapşırıq -ların öhtəsindən məsuliyyət və şərəf hissi ilə gəlmişdir. mayor Şahabbas Qəhramanov 1997- ci ildən Azərbaycan Müharibə Veterandır, 2022- ci illin may ayınan etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB- in) Masalı rayon şöbəsinin sədridir. Sahabbas Sərdar oğlu, Azərbaycan Ordusunda və Daxli İşlər orqanlarında xidmət etdiyi illər ərzində, öz tabeliyndə olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın , hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yernə yetirilməsi işində daimi nümünə olmüşdur.
Hərbi və Daxili xidməti borcu yerinə yetirərkən göstərdiyi igidlik və rəşadətə,əla döyüş hazırlığı göstəricilərinə görə SSRİ Daxili İşlər Nazirinin və onun müavinlərinin,Azərba-can Respublikasının Müdafiə Nazirinin onun müavinlərinin, xidmət etdiyin Korpusun və hərbi hissə komandirlərinin
müvafiq əmirləri ilə bir sıra medalarla ,döş, yubiley nişanları ilə təltif olunub, fərmanla qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAHABBAS! 100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin hüqüqi məsələlər üzrə müavini polkovnik Salman Musayev.
