Arbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB-in ) rəhbərliyi , DİN- in Daxili Qoşunların Hərbi vəzifələri və Hərbi qulluqçuları həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan vətənpərvər, humanist, zəhmətkeş və gözəl insan müharibə veteranı, 2- ci qurup əlili, istefada olan baş — leytenat Səlimov Eyvaz Əlirza oğlunu dekabr ayının 24- də vaxtsız vəfatından kədərləndiyini bildirir, məhrumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir.
İstefada olan baş — leytenant Səlimov Eyvaz Əlirza oğlu 1964 — cü ilin may ayının 19- da Azərbaycan Respublikasının İsmayıllı rayonunun Mingə kəndində zəhmətkeş ailədə anadan olub.
1981 — ci ildə Ismayıllı rayonun Mingə kənd orta məktəbi, 1986 — cı ildə Bakı Poltexnik Texnikomu, 1997 — ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda iştirak edib.
1983 -1985 ci illərdə Sovet Ordusunun Kemerova Vilayətinin Belovo şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1986 — 1987 — ci illərdə təynatla Dağıstan Respublikasında Qaynaq üzrə mühəndis konstruktor, 1988 — 1991 — ci illərdə isə Azərbaycan Quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləyib.
1992 — 1998 – ci illərdə Daxili Qoşunların Nərmanov rayonunda yerləşən alayda qarovul rəisi, əlahiddə taqım komandiri, Xüsusi təyinatlı bölükdə taqım komandiri, böluk komandiri və Əşya xidməti rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
«Hərbi Xidmətkeçmə Haqqında » Əsasnamənin v bəndinə əsasən xəstəliyə görə ( 2 — ci qrup hərbi əlil kimi) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə, SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respubilkası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Allah Eyvaz Səlimova Rəhmət etsin, məkanı cənnət olsun.Amin!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələr üzrə müavini polkovnik Salman Musayev
