Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır

Müşfiq Əliyev
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 
XƏZƏR RAYON SAKİNİ

Sirr deyil ki, Azərbaycan xalqının Vətən müharibəsindəki parlaq Qələbəsi, Cənubi Qafqaz regionun­da yeni reallıqların yaranmasına səbəb olmuşdur. Xalqımızın Vətən müharibəsindəki möhtəşəm Zəfəri ilə təkcə Azərbaycana deyil, bütövlükdə yaxın, uzaq coğrafi məkanda yerləşən ölkələrə, onların xalqları­na sıx iqtisadi, ticari, mədəni və hu­manitar əlaqələr üçün geniş imkanlar açılmışdır. Bu tarixi fürsəti dəyərləndirmək, bölgənin inkişaf və tərəqqisini sürətləndirmək üçün regionda təmsil olunan dövlətlərin liderlərindən, əlbəttə, yüksək siyasi fəhm və bəsirət, dərin zəka, təfəkkür tələb olunur. Azərbaycan dövləti və onun lideri, Prezident İlham Əliyev, məhz belə dövlət xadimlərindən, tarixi şəxsiyyətlərdəndir. Dövlətimizin baş­çısı İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dönəmində də Cənubi Qafqazda baş verən proseslərə konseptual yanaş­ma nümayiş etdirir.

Bu gün, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti müstəqil, ədalətli və düşünülmüş xarici siyasət xətti həyata keçirir. Xalqımızın milli maraq­larına xidmət edən bu kurs ölkəmizin regionda və bütün dünyada rolunun və nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Bu gün, Azərbaycan dünya birliyində xüsusi yeri və hörməti olan azad, sivil və demokratik dövlətlərdəndir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Bütün bunlar gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərdir. Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir. Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır. Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Görünən budur ki, rəsmi Ba­kının xalqımızın milli maraqlarına xidmət edən uğurlu xarici siyasət xətti müstəqil Azərbaycanı dünyada nüfuzlu söz sahibinə çevirmişdir. Düşünürəm ki, ölkəmizin hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində tutduğu ədalətli, prin­sipial mövqeyi etibarlı dostlarımızın və tərəfdaşlarımızın sayının daha da artmasına səbəb olacaqdır…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır

Bu xəbəri paylaşın: