İnsan ücün yada qalan tarixlərdən biri onun doğum günüdür Belə insanlardan biri də, yüksək həkim peşəkarlığı, dərin zəkası, humanistliyi, dəqiqliyi, təmkinliyi vətənpərvərliy,sadəliy ,səmimiyyəti, işgüzar-lığı və insanpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbı xidmətdə və Tibb müəsələrində hərbi və mülkü həkim kimi,kecirən hal- hazırda Sabuncu rayonunun ərazisində yerləşən Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında
Baş həkım vəzifəsində calışan ehtiyatda olan tibb xidməti mayoru Məmmədov Ayaz Müzəffər oğlunun dekabr ayının 24-də 46 yaşı tamam olur.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində tibb xidməti sahəsində özümə məxsus yeri olan, vətənsevər daimi həyatın bütün snaqlarından ləyaqətlə və üzüağ çıxan ehtiyatda olan tibb xidməti mayoru Ayaz Məmmədovu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin (Avmvib) rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib— tükənməyən naliyyətlər arzulayır. Arzu edirik ki, Ayaz həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Vətənə, Xalqa şərəflə xidmət etmiş sadə və təvazükar insan, zəngin mənəviyyat sahibi tibb xidməti mayoru Ayaz Müzəffər oğlu Məmmədov 1976 -ci ilin dekabr ayının 24 — də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub. O, Əslən Tovuz rayonundandır.
Ayaz həkim, 1993 — ci ildə Bakı şəhərində orta məktəbi, 1998 ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini bitrib. О, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib. mayor Ayaz həkim Xarici Ölkələrdə və Azərbaycan Respublikasında bir necə dəfə həkimlərin təkmilləşmə instit- tunda və ixtisas-artırma kurslarında olub.
Ayaz həkim 1998 – 2012 — ci illərdə Azə
DİN-in Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissələrin (hərbi hospitalın) cərrahiyyə şöbəsində baş ordinator, 2013 – 2014 cü illərdə isə Xüsusi Dövlət Mühafizə Xidmətində müxtəlif hərbi həkim vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Ayaz həkim, Xüsusi Mühafizə Dövlət Xidmətindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə Bakı şəhəri Sabuncu rayonunun ərazisində yerləşən plastik və rekonstruktiv cərrahiyyə klinkasının baş həkimi vəzfəsində işləyir.
Ayaz Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın, hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.

Hərbi və həkim yoldaşları Ayaz həkimi vətənpərvər, xeyirxah, qorxmaz, səxavətli, əliacıq insanpərvər və zəhmətkeş həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost — tanış , qohum — əqraba, qonşu, ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Ayaz həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiy -yətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəm-ləndirilməsində yüksək göstəricilərə nail olduğuna və bir peşəkər həkim kimi, nümunəvi xidmətinə görə DİN-in, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub,
Ayaz HƏKİM 46 YAŞIN MÜBARƏK!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
