Tarix Yazan Güclu Sərkərdə — İlham Əliyev

Polkovnik
Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquqi işlər üzrə müavini

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın Respublikasının prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Görkəmli siyasi və dövlət xadimi İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdu. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış, aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir. 1991-ci ildən Moskvada «Oriyent» şirkətinin baş direktoru işləmişdi.1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti ,1997-ci ildən isə birinci vitse-prezidenti , 2003-cü ildən Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir.1999-cu ildə İlham Əliyev YAP-ın I qurultayında partiya sədrinin müavini,2001-ci ildə II qurultayında isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma «Dağlıq Qarabağ problemi» barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. O, 2003-cü ilin yanvarında AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir .İlham Əliyev, həmçinin 2003-cü il avqust–noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri olmuş 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının sədridir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü    müddətə      Azərbaycan Respublikasının  prezidenti seçilmiş və hazırda   prezident vəzifəsini icra edir.

Azərbaycan    regionun  lider dövləti olaraq, strateji    məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə  enerji      mmtəhlükəsizliyi sahəsində   dünya    birliyinin    vacib partnyoruna  çevrildi.   Sosial-iqtisadi, ictimai-siyasi və   humanitar sahələri əhatə      edən    çoxsaylı        dövlət proqramları   uğurla   həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin   əsas   dayaqları   daha   da möhkəmləndi.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların  təməlində əsası ümummilli lider  Heydər Əliyev tərəfindən    qoyulan  və    Prezident  İlham   Əliyev    tərəfindən     uğurla   davam etdirilən ictimai — siyasi sabitlik və   vətəndaş    həmrəyliyi     dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində  mümkün   oldu  və Azərbaycanın    daha   sürətli  inkişafı yolunda yeni perspektivlər açdı.           Azərbaycanın Reslubilkasının düzgün       və    tarazlaşdırılmış   xarici     siyasət aparması      respublikamızla       həm  qonşu      dövlətlər,  həm də dünyanın bütün   ölkələri   arasında     mehriban  dostluq    və      qarşılıqlı          faydalı  əməkdaşlıq   münasibətləri yaratmış- dır .    Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi     layihələr   uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən      nüfuzlu        beynəlxalq təşkilatlarda    ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində      .. Azərbaycan   dünya birliyinin  layiqli    üzvünə və regionun liderinə çevrilmişdir.

   İlham   Əliyev  Prezident   Heydər Əliyevin gənclər    siyasətinin həyata keçirilməsində     misilsiz  fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan           Respublikası Milli          Olimpiya         Komitəsinin              prezidenti təyin  olunan İlham Əliyev                          az  vaxt içərisində    həmin     sahədə                                    də      yüksək  təşkilatçılıq  istedadına                                    malik    olduğunu göstərmişdir. Onun               .yorulmaz və gərgin əməyi sayəsində,               qısa      müddət ərzində,  Azərbaycan    idmanı    ayağa    qaldırılmış,   dünya      şöhrəti          qazanmışdır Azərbaycan     Respublika  idmançılarının beynəlxalq       yarışlarda     qazandığı           parlaq            uğurlar İlham Əliyevin başçılıq etdiyi                idman hərəkatının, hər şeydən əvvəl,   böyük siyasi      qələbəsidir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın     müxtəlif sahələrində   ön mövqelərə   çıxması, Bakının dünya üzrə mühüm   beynəlxalq yarışların keçirildiyi     mərkəzə       çevrilməsi Azərbaycanın    şöhrətini   daha da artırır, onun    beynəlxalq nüfuzuna müsbət təsir   göstərir.     Bu, İlham Əliyevin    gənclər    siyasətinin   ən böyük uğurlarından biridir.

Prezident İlham Əliyevin uzaqgörən müdrik      siyasəti            sayəsində Azərbaycan son 19 il ərzində   təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən   tərtib   etmir, eyni zamanda dünyada    ümumbəşəri     dəyərlərin qorunması və təbliği    istiqamətində fantastik   nailiyyətlərə imza   atır.Bu müddət   həm  də  dünya   siyasətinə  təsir göstərən   möhtəşəm  layihələrin reallaşdırılması    ilə        səciyyəvidir.   Ümummilli          Liderin    yeni   .neft strategiyasının     tərkib   hissəsi olan Bakı-Tbilisi-Ceyhan    əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum   qaz, eləcə  də «Cənub     qaz dəhlizi»   çərçivəsində TAP, TANAP kəmərlərinin istifadəyə verilməsi, «Ümid»,      «Abşeron» və s. Perspektivli    yataqların kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir     yolu     xəttinin   tikintisi     bu  baxımdan xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində bu gün Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. O, Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, vətəndaşların sosial problemlərini həll edib, insanların rifahını daha da yaxşılaşdırıb.

Məhz İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqalayihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan reallaşdırılmır. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni önəmli rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.

\

Bu xəbəri paylaşın: