Daxili Qoşunlarda tibb xidməti sahəsində öz dəsti — xətti olan, yüksək peşəkarlığı, humanistliyi, sadəliyi dəqiqliyi, təmkinliyi, səmimiyyəti, mənəvi -iş keyfiyyətləri seçilən ömrünün ən məhsuldar dövrünün 38 ildən çox şərəfli xidmət yolunu Hərbi Xidmətdə və DİO -da keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan tibb xidməti polkovnik — leytenantı Yüzbəyov Namiq Əbdulfəttah oğlunun yanvar ayinın 14 -də 70 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanların dan alınıaçıq, üzüağ çıxan tibb xidməti polkovnik leytenantı Natiq Yüzbəyovu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib – tükənməyən nailiyyətlər arzulayir. Arzu edirik, Namiq həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən əllərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin
Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fəriqlənən cəfakeş həkimlrəimizdən biri olan Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan tibb xidməti polkovnik- leytenantı Yüzbəyov Namiq Əbdülfəttah oğlu 14 yanvar 1953-cü ildə Qusar rayonunda zəhmətkeş ailədə dünyaya göz açıb.
O,1970-ci ildə Baki şəhərində orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə — profilaktika fakultəsini,DİN-in islah -əmək müəssələrində və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə həkimlərin təkmilləşmə institutu nu müvəffəqiyyətlə bitrib. Namiq həkim, DİN-in Daxili Qoşunların Baş İdarəsində kecirlən bir çox metodiki — təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib .

O,ali təhsilini başa vurduqdan sonra təynatla Baykal -Amur magistralında həkim kimi çalışıb. 1979-cu ildə doğma Vətənə qayıdıb. SSRİ -nin Zaqafqaziya hərbi dairəsinin Bakıdakı hospitalında həkim-ordinator vəzifəsində xidmətə başlayıb. 1989- 1993 -cü illərdə baş leytenant rütbəsində DİN-in islah əmək (cəzacək mə) müəssəsinin mərkəzi xəstəxanasın da cərrah- ordinator kimi xidmətini davam etdirib.
Namiq həkim 1993-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nərimanov və Qaradağ rayonlarında yerləşən hərbi hissəsin də (hərbi hospitalında) 2-ci cərrahiyyə şöbəsin rəisi, hərbi hissə komandirinin (hospial rəisinin) müalicə işlər üzrə müavini, DİN-in Daxili Qoşunların Baş İdarəsinin tibb xidmət rəisinin müavini (baş zabit) vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
1993-cü ilin may ayından başlayaraq, atəşkəs dövrünə qədər vaxtaşarı ön cəbhəyə ezamiyyətə gedən Namiq həkim hərbi səhra lazaretində müalicə olunan yaralıları ölümün pəncəsindən xilas edib. Döyüşlərin ağır məqamlarında düşmən güləsinin və mərmisinin təsirindən yaralanmış yüzlərlə döyüşcülərin həyata qaytarılmasında onun misilsiz əməyi danılmazdır.
Peşəkarlığı ilə seçilən Namiq həkimin travma tologiya sahəsində (əldə etdiyi) topladığı zəngin təcürbəni və biliyini bi cox hərbi həkimlərdən əsirgəməyib, onların peşəkar yetişməsinə həsr edib Namiq həkim xüsusən ezamiyyətdən qayıtd ıqdan sonrada, hərbi hospitalda fəaliyyətini davam etdirərkən, cəbhə xəttində əl-ayağını itirmiş xəstələrin vəziyyətinin ağırlaşması ilə əlaqədar onların yenidən ampulatasiya (kəsilmə) Əməliyyatnı uğurla yerinə yetirərək, ölum hadisəsinin qarşısını öz səmimi davranışı ilə ala bilmişdir.
Öz davranışı,insan qayğısı ilə xəstələrin yaralarına məlhəm qoyan Namiq həkim onu tanıyanların nəzərində insanlığın fövqünə yüksəlibdir. Dövlətmiz, xalqmız qarşısındakı xidmət ləri DİN- in tibb idarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək,ona ali dərəcəli travmato loq adı verilmişdir.
Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan polkovnik leytenant Yüzbəyov Namiq Əbdülfəttah oğlunun xalqmız qarşısındakı müqəddəs əməlləri və xeyirxah işləri yetişməkdə olan gənc nəsilmiz üçün yenilməz nümunədir.
Namiq həkim Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respubli kasının Konstitusiyas ına və qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində tabeçi liyində olanlar üçün şəxsi nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
İstefada olan tibb xidməti polkovnik leytenantı Yüzbəyov Namiq Abdülfəttah oğlu DİN-in Daxili Qoşunlar da xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, əliaçıq, insanpərvər zabit ( təcürbəli həkim ) kimi göstərmişdir. O, istər yaşadığı və anadan olduğu ərazidə, istərsə də təhsil aldıgı təhsil müəssisələrində, qohum -əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasın da özünə layiq böyuk hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, hospital rəisinin müvafiq əmrləri ilə “Əla Xidmətlərə Görə” döş və yubiley nisanları ilə, bir cox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
İstefada olan tibb xidməti polkovnik leytenantı Yüzbaşıyev Natiq Əbdülfəttah oğlu Azərbaycan Respublika sında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorun masnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Namiq həkimə həvalə edilmiş vəzifə və tapşırıqların ın şərəflə yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə tibb xidməti polkovnik- leytenantı Namiq Yüzbəyov Silahlı Qüvvələr Veteranı, Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmas ının isə 10-iliyi,90-iliyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respub likasının Prezidentinin 11 mart 2008-ci il tarixli 2727 saylı sərəncamına əsən Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi Xidmətlərə Görə medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ. HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
