Sahil Babayev maaş və təqaüd artımından danışdı — VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibə verib.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən  verilən məlumata görə, nazir S.Babayev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək.

Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”.

Sərəncamların icrasına cari aydan başlanılacaq.

Bu xəbəri paylaşın: