Dönə-dönə savaşayın, dönə-dönə vuruşayın

«»Kitabi-Dədə Qorqud» və qeyri-səlis məntiq» əsərinin leytmotivi məhz bu fəlsəfəyə söykənir.   

Azərbaycanın iki görkəmli elm adamının, akademikin, milli aydınlarımızdan sayılan Rafiq Əliyevin və Kamal Abdullanın şərikli qələmə aldıqları həcmcə kiçik, məzmunca çox dərin bir əsərin Milli Kitabxanadakı təqdimat mərasiminə xeyli alim, millət vəkili və jurnalistlər toplaşmışdı. «Kitabi-Dədə Qorqud» mətni və qeyri-səlis məntiqin şübhə və ehtimallar nəzəriyyəsinin simbiozundan yaranan milli, fəlsəfi, dünyəvi dəyərlərdən danışan bu kitab Lütfi Zadə dühasından süzülüb gələn, minilliklərin o üzündən boylanan gizli mətləbləri gün işığına çıxarır. Təqdimat mərasimində bu barədə danışan tanınmış alim və ziyalılarımızdan Muxtar İmanov, Ramiz Rövşən, Fəxrəddin Sadikoğlu, Nazim İmanov, millət vəkilləri Vahid Əhmədov, Fazil Mustafa, Etibar Əliyev və başqaları bu əsərin qorqudşünaslıqda yeni cığır açdığını xüsusi vurğuladılar. Tədbirin sonunda çıxış edən həmmüəlliflər — Rafiq Əliyev və Kamal Abdulla Dədə Qorqud və qeyri-səlis məntiq adlı iki selin qovuşmasından yaranacaq hələ çox və sanballı araşdırmaların şahidi olacağımıza əminliklərini ifadə etdilər.                         

«fədai.az»

Bu xəbəri paylaşın: