
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə
müavini
Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 33 ( otuz üc) il keçməsinə baxmayaraq,Vətənimizin azadlıq mübarizəsin də şəhid olanların hər biri bizim yaddaşımız da əbədi qalacaqdır
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. Keçmiş SSRİ rəhbər liyinin Azərbaycana qarşı qərəzli, erməni pərəst siyasətinə, Ermənistanın təcavüz kar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzər inə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycan da, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələndi.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayon larında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlan ılıb. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndə ləri, uşaqlar, qadınlar, qocalar da var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, mey itləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsin də yüzlərlə ev, onlarla təcili yardım maşınları dağıdılıb, külli miqdar da dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanv ar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəti cədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnamə sinə yeni bir səhifə kimi yazıldı”.

Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadası nda idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbay canla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiya ya və humanizmə zidd addım kimi dəyərləndir ən ulu öndər Heydər Əliyevin böyük müdri kliyi və güclü siyasi iradəsi sayəsin də 20 Yanvarla bağlı informa siya blokadası yarılmış oldu. Ümummilli liderim iz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər baycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaç ovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqd an sonra bu məsələyə dövlət səviyyəsində siyasi — hüquqi münasibət bildirildi. Azərbaycan Respubli kası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilmə si haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbayc an Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbay canda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar — Ümumxalq Hüzn Günü elan edildi.
20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəma di tədbirlər görülüb və bu gün də görülmək dədir.
Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranların ın, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələr dən biri kimi qarşıya qoyub. Dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Preziden tinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Bu təqaüdün aylıq məbləği 2023-ci ilin yanvar ayının 1 dən 600 (altı yüz) manata çatdırıldı.
Bakının ən möhtəşəm məkanında Vətən uğru nda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyud uğu Şəhidlər xiyabanı xalqımız üçün müqəd dəs and yerinə, milli iradəmizin şanlışərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəm anlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqları mızı təmin etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisə sini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqil liyi naminə verdiyi bu şəhidlər müasir dövrü müzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbim izdə hər zaman yaşayacaqdır!