Şərəflə yaşanan ömür yolu:  Mübariz Mustafyev- 55  

İnsan ücün ən yaddaqalan tarixlərdən  başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə yüksək peşəkarlığı, humanistliyi, sadəliyi,dəqiqliyi,təmkinliyi,işguzarlığı və mənəvi keyfiyyəti ilə secilən, 30 ildən cox  kömrük xidmətində şərəfli xidmət yolu keçirən müharibə veteranı  Mustafatev Mübariz İsa oğludur. Yanvar ayının 23 -də onun 55 yaşı tamam olur.

 Daimi həyatın bütün cətinliklərindən alnıaçıq və üzüağ cıxan müharibə veteranı  Mustafayev Mübariz  İsə oğlunu doğum günü münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda  insan ücün ən şirin nemət olan möhkəm cansağləğı , uzun ömür, həyat yolarında bitib- tükənməyən naliyətlər arzulayır.Arzu edirik, Mübariz Mustafayevin yaşının üstə gələn bu yaş  ona sevinc dolu illər bəxş etsin, hər yeni ili isə  ötən illərdən daha gözəl  istəklərinə uyğun onu xoşbəxt edəcək  şəkildə keçsin.   

Mübariz MustafayevVətənimizin hər qarışı uğrunda savaşa qatılaraq Şuşa və kəndləri uğrunda gedən döyüşlərdə, Daşaltı əməliyyatında iştirak edib. Mübariz Mustafayevin tərkibində olduğu ilk könüllülərdən ibarət hərbi birlik Kərkicahan qəsəbəsində yerləşərək Xankəndidəki separatçıların rahatlığını əllərindən almışdı. Bu döyüşçülər Qarabağın hər yerində köməksiz qalmış Azərbaycan xalqının yanında olmağa çalışırdılar. Bu bir Müzəffər Ordunun yenidən yaranışıydı. Uzun və tarixi bir yolun başlanğıcıydı. Çətin və şərəfli bir yolun yolçusu olmaq hər kəsə nəsib olmur…

Bu gün haqqında söz açdığımız könüllülərdən biri olmuş Mübariz Mustafayev orduda xidmət etdiyi illər ərzində, özunü nizam və intizamlı hərbçi kimi göstərmişdir. O işlədiyi və xidmət etdiyi dövrlərdə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Atəşkəsdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasında da yaxından iştirak edib. Müxtəlif kollektivlərdə işləsə də döyüş dostlarını və üzvü olduğu Birliyi heç zaman unutmayıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edib və çıxışlar edərək qoyulmuş mövzulara öz münasibətini bildirib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), xüsusən hərbi-vətənpərvərliklə bağlı yeniyetmələrlə keçirdiyi tədbirləri daim dəstəkləyərək öz tövsiyyələrini əsirgəməyib.

44 günlük Vətən müharibəsinin başlanmasını Mübariz Mustafayev bütün müharibə veteranları kimi ikiqat həyacan və sevinclə qarşıladı. Məhz bu qalibiyyətli əməliyyatlar sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi. Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əməkhaqlarından Azərbaycan Ordusuna Yardım Fonduna 1 milyon, Yaşat Fonduna 580 min manat vəsait köçürmüşdülər. Komitə tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7 milyon 600 min manatdan çox qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilmişdi. M. Mustafayev işlədiyi Komitədən etdikləri yardımlardan başqa Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) xəttiylə yaradılmış «Orduya Dəstək» kompaniyasına da qoşularaq cəbhə bölgələrində əsgərlərimizə maddi və mənəvi dəstək olmağa çalışdı. Yralanmış qazilərimizə müalicə olunduqları məkanlarda baş çəkdi.

Mübariz Mustafayevin işğüzarlığı çalışdığı Dövlət Kömrük Komitəsinin müxtəlif medalları, Fəxri fərmanları ilə təltif olunub. Peşə bayramı münasibətiylə Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı ölkə rəhbəri tərəfindən təltif edilərkən onların arasında AVMVİB-nin üzvü, müharibə veteranı Mübariz Mustafayev də Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmçinin fəal müharibə veteranı kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi tərəfindən AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif olunub.

Keşməkeşli bir ömür yolu keçmiş köhnə döyüşçü qardaşımıza uğurlar diləyir və can sağlığı arzulayırıq.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətbuat Xidməti

Bu xəbəri paylaşın: