Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin tarixini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.
 

Fedai az «Anadolu» agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib: “İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.
 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.

Bu xəbəri paylaşın: