Füzuli Rzaquliyev: «Qurani-Kərimin yandıran insanın mənəviyyatı küldən ibarətdir»

Son günlər İsveç hökumətinin bilərəkdən Türkiyə dövləti ilə münasibətlərin gərginləşdirilməsinə rəvac verdiyinin şahidi oluruq. Məlum terror təşkilatları havadarlarının İsveçin müxtəlif iri şəhərlərində Türkiyəyə yönəlik təhqiramiz aksiyalarından sonra, yenə də məhz bu dövlətdə İslamın müqəddəs kitabının yandırılmasının şahidi olduq. İslamın müqəddəs kitabına qarşı edilən bu təhqir bütün dünya müsəlmanları ilə yanaşı, həm də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvlərinin ali dəyərlərinə qarşı həqarətdir.

«Qurani-Kərimə edilən həqarət artıq nəinki Türkiyəyə, bütün müsəlman və İslam dünyasına qarşı böyük həqarət olmaqla yanaşı, həm də dünyada ən ali insan dəyərlərinə, bütövlükdə bəşəriyyətə qarşı edilmiş təhqirdir. İsveçdə ardıcıl baş verən hadisələr artıq bir çoxumuza məlumdur. Paytaxt şəhər Stokholmda, Türkiyə səfirliyi qarşısında müqəddəs kitabı yandıran şəxs, araşdırmalar sonrası ortaya çıxır ki, bir siyasi partiyanın rəhbəri imiş. Qurani-Kərimin yandıran insanın mənəviyyatı küldən ibarətdir. Bu şəxs necə təhsil alıb? Necə tərbiyə əldə edib? Doğrudanmı bu şəxs heç bir insani dəyərə hörmət edə bilməyən vicdan yoxdur?!»

Sayıtımıza verdiyi açıqlamasında bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib.

AVMVİB sədri onu da qeyd edib ki, hansısa bir icmanın rəhbəri olmaqla dünyanın ən böyük dinlərindən birinə hörmətsizlik etmək bir araya sığmır. Başqa vaxt   «demokratiya» deyib bağıran bir Avropa ölkəsində məhz belə bir hadisənin baş verməsi bir kənara dursun, hadisəyə şahidlik edən İsveç polisinin də bu olaya laqeyd yanaşması ikili standartlardan xəbər verir. Belə düşünək, hansısa bir islam ölkəsində xristianların müqəddəs kitabı  «İncil»i yandırsalar onda nə baş verərdi?! Sözsüz ki heç bir müsəlman bu addımı atmaz. Amma gəlin sadəcə fərz edək. Səhnə bir çoxumuza aydın oldu məncə. Avropa dövlətləri, həmçinin insan hüquqları üzrə təşkilatlar dərhal etiraz səslərini qaldırar və bunu şiddətlər qınamağla yanaş. Hətta həmin ölkəyə qarşı vetolar ünvanlayardılar. Sözüm onakı heç bir kəs buna səssiz qalmamalıdır.

Füzuli Rzaquliyev daha sonra bunları əlavə edib: «Öpüb alnımıza qoyduğumuz müqəddəs kitabımızı yandırmaq bir müsəlman olaraq məni və bütün müsəlmanları hiddətləndirir. Bu hiddətdəndir ki mən düşüncələrimi bu yazıya, bu cümlələrimi isə bütün müsəlmanlara ünvanlayıram.

Əziz müsəlman qardaşlar!
Narahat olmayın, şübhəsiz ki müqəddəs kitabı yandıran şəxsin heç bir dinə hörməti yoxdur. Belə insanlar ümumbəşəri dəyərlərə də etinasız yanaşırlar. Onlar üçün haqq ilə nahaqq, yaxşı ilə pis, xeyir ilə şər fəqrsizdir. Düşünürəm ki, əsas insan hüquq və azadlıqlarının pozulması məhz elə yuxarıda qeyd etdiyimiz nüansdan başlayır. İslam ümumbəşəri dindir. Özündən əvvəlki heç bir dini inkar etmir. Hər bir müsəlman Qurani-Kərimi müqəddəs hesab etdiyi kimi, «İncil»i də, «Tövrat»ı da, «Zəbur»u da hörmət və ehtiramla qəbul edirlər. Amma nə sirr-illahdırsa, Qərb dövlətlərində fəaliyyət göstərən hökumət təşkilatları və institutlar İslam dəyərlərinə xor baxıb onu hər addımda gözdən salmağa çaılışırlar».

Sonda AVMVİb sədri F.Rzaquliyev bəyan edib ki, belə bir hüquq və haqq pozuntusunun cəzasını bu dünyada İsveç hökumətinin üzvləri, digər dünyada isə Allah-təala verəcəkdir. Həm də bu hadisə yalnız Türkiyə ictimaiyyəti üçün deyil, bütünlükdə müsəlman dünyasına qarşı edilmiş həqarətdir. Allah bütün müsəlmanları şərdən, xətadan və bəlalardan qorusun!

Nurlan Məmmədov

Bu xəbəri paylaşın: