Azərbaycanda 2800-dən çox iş yeri yaradılacaq 

İqtisadi Zonaların İnkişafı Agentliyi-nin yaradılmasından 2 il ötür.

Nazir Mikayıl Cabbarov bildirib ki, bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib.

Bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. ₼-lıq məhsul istehsal edilib və bunun 1,9 mlrd manat dəyərində olan hissəsi ixrac edilib.

Nazir bildirib ki, təsdiq olunmuş layihələr üzrə 246 mln. maliyyə həcmi ilə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Bu xəbəri paylaşın: