Söyüdlü kənd Xeyriyyə Cəmiyyətindən «Qardaş köməyi» aksiyası

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir.

Belə yardımlardan biri də Gədəbəydə təşkil olunub. Rayonun Söyüdlü kənd Xeyriyyə Cəmiyyəti tam tərkibdə bu yardım aksiyasına qoşulub. Cəmiyyətinin sədri Akşin Alıyev bildirib ki, Türkiyənin yanında olmaq, dəstək göstərmək, insanpərvərliklə yanaşı, həm də bizim qardaşlıq borcumuzdur. Buna görə də “Qardaş köməyi” devizi altında zəlzələdən xəsarət alan, qardaş və bacılarımıza dəstək göstəririk.

Akşin Alıyev onu qeyd etdi ki, göstrdiyimiz dəstəkdə Rusiyada yaşayan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Samir Abdullayevin əməyi xüsusilə böyükdür.

Qeyd edək ki, Samir Abdullayev yardımlar TIR-lara yüklənib və qardaş ölkəyə yola salınan zaman bir neçə dəfə görüntülü əlaqə saxlayıb və “Bir millət, iki dövlət” şüarını səsləndirib.

Yardım aksiyasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, müharibə veteranı, Birinci Qarabağ savaşında «Maştağa» ləqəbli Vidadi Ağagülov , AVMVİB Nəsimi rayon şöbəsi sədrinin müavini, ehtiyatda olan polkovnik-leytenant İlham Rüstəmov da iştirak etmişdir.

AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov aksiya iştirakçılarına Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin salamını çatdırıb və həm öz həm də Füzuli Rzaquliyevin adından qardaş ölkəyə dəstək olduqlarına görə minnətdarlığını bildirib. İslam Səfərov diqqətə çatdırıb ki, qardaşımız Samir Abdullayev və Söyüdlü kənd Xeyriyyə Cəmiyyəti daim Türk dünyasının yanındadır və biz sizlərlə fəxr edirik.

Müharibə veteranı, «Maştağa» ləqəbli Vidadi Ağagülov bildirib ki, sizin kimi övladlarımızla xalqımz fəxr edir.

Polkovnik-leytenant İlham Rüstəmov da yardımın əhəmiyyətindən danışaraq çıxışını «Azərbaycan hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır və hər zaman qaraşlarımızla bir yerdəyik» kimi ifadələrlə yekunlaşdırmışdır.

Aksiya digər iştirakçıları da öz fikirlərini bölüşmüşlər.

Qeyd olunanlarla bağlı daha ətraflı VETERAN TV kanalında yayımladığımız videosüjet vasitəsilə tanış ola bilərsiniz:

Bu xəbəri paylaşın: