Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə stasionar generatorlar göndərilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Fedai.az xəbər  verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.
Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Bu xəbəri paylaşın: