16.02.2023 — cü il tarixində doğum günü olan ŞƏHİDLƏRİMİZ
Cənnətdəki doğum gününüz mübarək!
Allah bütün Şəhidlərmizin ruhlarını şad eləsin !
1. Əfqan Hüseyn oğlu Axundov (16 fevral 2000; Salyan, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

2. Orxan Etibar oğlu Cəfərli (16 fevral 1996; Daşkəsən, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.

3. Təbriz Ramiz oğlu Qasımov (16 fevral 1993, Yemişanlı, Qəbələ rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.

4. Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı adından «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə, AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov
