Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir.
Yardımlı rayonunda qardaş Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə dəstək kampaniyası davam edir və aksiyada Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri çox fəallıq göstərirlər.
Dəstəklə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev Facebookda qazilərə və veteranlara müraciət edib.

