AVMVİB sədri F.Rzaquliyev Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə

Naxçıvanın Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) də ən yüksək səviyyədə təmsil olunub.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra natiqlər Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edilməsindən bəhs edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barəsində təəssüratlarını bölüşüb və qeyd edib ki, belə bir mötəbər tədbirin ulu öndər Heydər Əliyevin vətəni Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Qonaqlara mərkəzin müalicəvi əhəmiyyətindən danışılıb.

Bu xəbəri paylaşın: