İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Teymur Abbasovun ad günü şəhidin məzarı önündə qeyd olunub.
Şəhidin anım mərasimində AVMVİB Yasamal rayon şöbəsinin sədri və üzvləri ,Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri istefada olan polkovnik qazi Samir İsmiyev, ziyallılar, mədəniyyət işçiləri iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.
Şəhid Teymur Abbasovun məzarı başında şəhid ruhlarına dualar oxunub və gül qoyulub. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımız haqqında danışılıb.
Allah şəhidlərimizə rəhmət eləsin!

