Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31 -ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai  Birliyin (AVMVİB-in sədri Füzuli Rzaquliyev başda omaqla AVMVİB-in sədir müavinləri: Vahid Abdurahmanov, polkovnik Salman Musayev,  İslam Səfərov, AVMVİB -in   NTK sədri Niyazi Quliyev, AVMVİB-in Bakı şəhərində yerləşən  rayon şöbə sədirləri,müharibə veteranları  və şəhid ailələri  faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər və fəaciə qurbanlarının xatirəsini ehtiramla yad etdib, abidənin önünə gül dəstəsi qoydular.

Tədbirdə veteranlar önündə çixış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birlyinin sədri Füzuli Rzaquliyev bildirdi ki, Bəşər tarixinə vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 31 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı tariximizdə ən qanlı, ən böyük, ən ağır yaralardan biridir Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

 Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə düşmənə və onun havadarlarına göstərdi ki,  bizi heç nə sarsıda bilmədi.

AVMVİB sədri Füzuli Rzaquliyev:»Tezliklə Xocalıda görüşəcəyimizə əmin olduğunu»-deyərək nitqini yekunlaşdırıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətbuat Xidməti

Bu xəbəri paylaşın: