Buddizmin ən qədim mətnlərindən biri “Maitreyavyakarana” adlanır. Bu söz sanskrit dilindən «Maitreyanın öncəgörənliyi» kimi tərcümə olunur. Yeri gəlmişkən, İslamın müqəddəs kitabı “Quran”ın adı ərəbcə “oxumaq” anlamını ifadə edən “qaraa” felindəndir. Oxumaq (“qaraa”) və öncəgörənlik etmək (“vyakarana”) üçün şüur aydın, göz isə açıq olmalıdır.
Bir sözlə, əvvəlcə görmək lazımdır. Bundan sonra təhlil və izah etmək, hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq, yəni, peyğəmbərlik, öncəgörənlik etmək olar. Azərbaycan dilindəki “görən” sözü çuvaş dilində “kuran” formasındadır.
Beləliklə, buddistlərin və müsəlmanların müqəddəs kitablarının adları (“Karana” və “Quran”) təkcə formaca deyil, həm də mənaca bir-birinə bənzəyir. Bu sözlərin zahiri oxşarlığı müxtəlif dil və dinlərin, əslində, vahid mənbədən qaynaqlandığını göstərir.
Araz Şəhrili