Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.
“Fedai.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.