AVMVİB-in Suraxanı  rayon şöbəsinə yeni təynat  olub

Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin (AVMVİB-in) Suraxanı  rayon şöbə sədrinin təqdimatına əsasən müharibə veteranı istefada olan mayor Həsənov Çingiz Müzəffər oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbə sədrinin hüquq məsələr üzrə müavini təyin edilib.Bu münasbətlə Çingiz Həsənovu  Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyin rəhbərliyi, fedai. az kollekti,

AVMVİB Suraxanı rayon şöbəsinin sədri,  doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, ona cansağlığı və fəaliyyətində  yeni uğurlar arzulayırlar.

Qeyd edəki ki, Həsənov Çingiz Müzəffər oğlu 30 sentyabr 1961-ci ildə  Bakı şəhərində ziyalı ailəsində anadan olub,  Çingizin atası Müzəffər Həsənov  uzun müddət Mirzə Fətəli Axundov adına dövlət  respublika  milli kitabxansında işləyib,

oranın  partkom və  elmi medotiki şöbənin müdiri  olub.

 O, 1982-ci ildə Daxili İşlər Nazirliyinin  Barnaul şəhərində yerləşən milis məktəbinə daxil olmuş 1984- cü ildə həmin məktəbi, 1984-cü ildə Ali  Partiya məktəbinə daxil olmuş 1986 -cı ildə həmin məktəbi, 1987-ci ildə isə Daxili İşlər Nazirliyinin Moskva şəhərində yerləşən Polis Akademiyasına daxil olmuş, 1991 -ci ildə isə həmin Akademiyanı bitirmişdir.Müharibə Veteranı İstefada olan mayor Həsənov Çingiz Müzəffər oğlu 1980-1982 -ci illərdə   SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Çuvaş Muxtar Respublikasında yerləşən hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, taqım komandirinin müavinini (cavuş hərbi rütbəsində) vəzifələrində olub. Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində   Xüsusi təyinatlı Dəstənin ilk komandiri, hərbi hissə komandirinin  tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində Hüquq şöbəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş içtimai təhlükəsizlik idarəsində baş inispektor, Ədiliyə Nazirliyinin Şuvalan Təciridxanasında  Əməliyyat şöbəsinin  rəisi, «Azal » Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında Təhlükəsizlik Xidmət rəisinin müavini vəzifələrində işləyib.

   O, «Azal » təhlükəsizlik xidməindən  təqaüdə cıxdıqdan sonra  Vəkilər haqqında qanun tələblərinə əsasən Vəkilik fəaliyyəti ilə məşğuldur.Çingiz Həsənov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl  isiqamətində) gedən döyüşlərdə iştirak edib. Ağdam rayonun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb.

    O,Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarına, hərbi andın, hərbi nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Vətənə, Dövlətə və Xalqa isə sədaqətlə xidmət etmişdir     O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə, şəhərdə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı  rejim  karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Çingiz Həsənov Daxili İşlər Qrqanlarında, Ədiliyə Nazirliyində, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş və ictimai hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə  Daxili İşlər Nazirnin,  Ədiliyə Nazirliyin rəhbərliyinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldığı ali təhsil müəssisələrinin rəislərinn müvafiq əmrləri  bir sira medalarla, döş və yubiley nisanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov

Bu xəbəri paylaşın: