Rusiyada güclü zəlzələ olub

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.

Fedai.az
 xəbər verir ki , bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatkada yerləşən Geofizika Xidməti məlumat yayıb.

“Zəlzələnin episentri Severo-Kurilskdən 128 km aralıda olub”, — Xidmətin məlumatında qeyd olunur.

Yeraltı təkanların ocağının 59 kilometr dərinlikdə yerləşdiyi bildirilib. (TASS)

Bu xəbəri paylaşın: