Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bayram ərəfəsində şəhid ailələri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verib.
Torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qədər savaşaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın məzarları üzərinə xatirələrinə ehtiram əlaməti olaraq gül dəstələri düzülüb, ruhlarına müqəddəs dualar oxunulub.
Elçin Qədirov





