AVMVİB Rəhbərliyi millət vəkilini təltif etdi

Milli Məclisin deputatı Fatma Yıldırım  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Fəxri üzvü seçilib  və «Böyük Zəfər» xatirə  medalı ilə təltif olunub.

Təlitifolma mərasimində AVMVİB-in sədr müavini Vahid Abdurrəhmanov və şairə-publisist, «Vedibasar» qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin İdeoloji məsələlər üzrə müşaviri Nəsibə İsrafilqızı iştirak etmişlər.

Medalı Fatma Yıldırım a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim etmişdir. O vurğulamışdır ki, millət vəkili, ziyalı və vətənpərvər bir şəxs kimi Fatma Yıldırım daim Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərin problemlərinə daim diqqətlə yanaşmış, onlara qayğısını əsirgəməmişdir.

AVMVİB-in sədri deputatı təbrik edərək, millət vəkilinə ,şəhid ailələri ,qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişdi.

 

Deputatı Fatma Yıldırım  AVMVİB tərfindən ona təqdim ediln bu medalın onun üçün dəyərli olduğunu və mənəvi əhəmiyyət kəsb etdiyini dilə gətirmiş, AVMVİB-in İdarə Heyətinin üzvlərinə və bütün veteranlarına öz təşəkkürünü bildirmişdir.

 

Təbrik edirik!

 

 

 

 

Bu xəbəri paylaşın: