Dünyanın ən sirli 5 yeraltı şəhəri

Dünyada tarixi eramızdan əvvələ qədər uzanan və daxilində ayrı bir dünya saxlayan möhtəşəm yer altı şəhərləri vardır.

Dərinquyu – Kapadokiya, Türkiyə

Bir labirinti xatırladan Dərinquyu yeraltı şəhərinin tarixi e.ə. VIII əsrdək uzanır.  Tarixçilər Dərinquyunun Hetlər və ya Frikiyalılar tərəfindən salındığını iddia edirlər. Şəhərin qalıqları tam təsadüf, qazıntı işləri aparılan zaman ortaya çıxmışdır.

derin2

 18 mərtəbədən ibarət bu yeraltı şəhər, havalandırma valları, quyular, mətbəxlər, məktəblər, yağ depoları, hamamlar, şərabxana və 20 min adamın yaşaya biləcəyi əraziyə sahibdir. Şəhərə hücum edilərdisə tək tərəfli yumru qapılarla qapanırdı.

Petra, İordaniya

Petra, cənubi İordaniya dağlarında yonulmuş qaya məzarları ilə dünyanın ən gözəl abidələri içərisində yer alır. Şəhər 2 min il əvvəl Nəbatilər dövlətinin paytaxtı olmuşdur.

petra2

Petranın ən önəmli tikintisi, 40 metr yüksəkliyə və zərif xətlərə sahib Al Khazneh və ya “Xəzinə”-dir. Burada təxminən 20 min adam yaşamışdır. B.e. VII əsrdə şəhər tamamilə tərk edilmişdir və 1800-cü illərdə avropalılar tərəfindən yenidən kəşf edilir.

Wieliczka Duz Mədəni, Polşa

“Yeraltı Duz Kafedralı” olaraq da bilinən Polşanın Wieliczka Duz Mədəni, Krakow’un ətəklərində yer alan böyük bir yer altı otağı olaraq ziyarətçilərini ovsunlayır. Wieliczka-nın tarixi, qaya duzu tapmaq üçün açıldığı 1200-cü illərə qədər uzanır.

polonya-tuz

Mədəndə Da Vinci’nin “Sonuncu şam yeməyi” tablosunun bir kopiyası və heykəllər vardır. Wieliczka mədəni, 700 illik fəaliyyətdən sonra 2007-ci ildə duz istehsalını dayandırdı və sadəcə turistik bir yer kimi fəaliyyətini davam etdirir.

Orvieto, İtaliya

Orvieto, ağ şərabları və tabloları xatırladan memarlığı ilə məşhurdur.  Qəsəbənin görünən gözəlliklərindən başqa, bir də yeraltı gözəlliyi var. Vulkanik qayalara inşa edilən Orvietodan ilk olaraq, quyu və sərnic kimi istifadə olunmuşdur.

ii

Şəhərdə Etrusk dönəminə aid sığınacaqlar var. Bu yer II Dünya Müharibəsi dönəmində də sığınacaq kimi fəaliyyət göstərmişdir.

Naours, Fransa

Şimali Fransanın məşhur yeraltı şəhəri Naours, iki kilometr uzunluğunda tunellər və sayları 300-ü aşan insanlar tərəfindən tikilmiş otaqlardan ibarətdir. Bu tikilinin yaşı b.e. III əsrinə aiddir.

fransa1

Roma dönəmində mədən ocağı olaraq fəaliyyət göstərən  Naours, orta əsr savaşları və işğalları zamanı sığınacaq kimi də istifadə olunmuşdur. 3.000 nəfər insanın yaşadığı bu şəhərin kapellaları, axurları, quyuları və firinləri vardır.(sozcu)

Bu xəbəri paylaşın: